yüklənir...
yüklənir...

Zaqataladakı Pəriqala - ARAŞDİRMA

Ölkəmizin zəngin tarixi və onları bizə daş dili ilə anlatan çoxlu qalalarımız var.

VETENPERVERLER.AZ-ın bölgə müxbiri belə qalalardan biri haqqında xəbər verir.

Azərbaycanın müxtəlif bölgələrində müdafiə məqsədilə tikilmiş sədlərə, istehkam qalalarına və bəzilərinin isə günümüzə gəlib çatmış qalıqlarına rast gəlmək olar. Dağlarda, qaya zirvələrində yerləşən bu qalalar əsasən müdafiə və müşahidə məqsədi daşıyıb.Belə qalalardan biri də Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən Pəriqaladır. Pəriqala ölkə əhəmiyyətli abidələrdəndir. Tikildiyindən bu yana ötən zaman qalanı dağıntılara məruz qoysa da qismən dövrümüzə qədər gəlib çatıb.

Qala tikildiyi yer strateji baxımdan çox mükəmməldir.Qalaya sıldırım qaya yolları ilə yalnız bir yol olub. Həmin yol hazırda erroziyaya uğrayaraq itib.Qaladan yetərincə geniş ərazini, hətta Qax rayonunun bir hissəsini, o cümlədən ərazidəki bütün yolları rahatlıqla müşahidə etmək mümkündür.

Qalanın tikilmə tarixi isə dəqiq bilinmir. Üslubuna görə bəzi tədqiqatçılar qalanın Qafqaz Albaniyası dövründə eramızın 4-5- ci əsrlərində tikildiyini güman edirlər. Bu qeyri-adi Qalanı bildiyimiz qalalardan fərqləndirən əsas cəhəti onun sıldırım qaya içərisinə doğru oyularaq tikilməsidir. Tikildiyi zaman qala üç otaqdan ibarət olub.

Qala tikilərkən qalaətrafı qayanın yağan yağış sularını bir yerə yığacaq şəkildə oyulması da yerli camaat arasında qala haqqında deyilən məlumatlardandır.Bəzi məlumatlara görə isə bura su kənardan borular vasitəsi ilə gətirilib.

Sıldlrım qayada yerləşən Pəriqala həm tarixi əhəmiyyəti, həm də yerləşdiyi məkanın gözəlliyinə görə rayonda turistlər tərəfindən ən çox ziyarət olunan yerlərindəndir.

Qala haqqında xalq arasında indi də çoxlu əfsanələr dolaşır.Rəvayətlərdən bəziləri aşağıdakılardı

Düşmən ordusunun hücumu zamanı elin gəlin və qızlarını, uşaqları bu qalaya qaldırarmışlar. Elə buna görə də gözəllik rəmzi olan pəriləri, qızları qoruyan Pəriqala adını alıb.

Digər bir əfsanə isə Teymurlənglə bağlıdır. Əraziyə hücum edən Teymurləng qalanı tutub vuruşanlara başçılıq edən qadını da arvadı edəcəyini bildirir. Yaraladıqdan sonra ələ keçəcəyini görən sərkərdə xanım özünü qayadan atır. Elə o zamandan da qala Pəriqala adı ilə tanınır.Məhz buna görə də Pəri qalası yerli əhalinin ən çox fəxr etdiyi tarixi abidədir.

Tarix elmləri doktoru Akif Məmmədli isə “Pəri” məhfumunun insanların şüurunda ümumilikdə bakirəlik, əlçatmazlıq, yenilməzlik kimi formalaşdığını deyir. Məhz buna görə belə qalaları Pəri qalası adlandırıblar.Onun sözlərinə görə bu eyni zamanda kişilərlə yanaşı qadınlarımızın da sərkərdəlik bacarığının olması və məhz belə qadınlara olan xalq məhəbbətinin tərənnümüdür.A. Məmmədli deyir ki, Şimal – Qərb bölgəsində ən azı 4-5 qala var ki, onlara da yerli əhali Pəri qalası deyir.O Türkiyədə də “Pəribacalar” adlanan tarixi abidənin olduğunu və bu bacaların, yaxud qalaların əsasən müşahidə məqsədi ilə tikildiyinə diqqət çəkir.

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, yazıçı jurnalist Məhəmməd Şabanoğlu isə Pəri sözünün ərəb mənşəli olduğunu bərq vuran, işıq saçan mənası verdiyini, və məhz qalanın hər tərəfdən görünən alovlarına görə belə adlandırıla biləcəyini istisna etmir.

Yerli sakinlərin dediyinə görə qalanın tikildiyi sıldırım dağın ətəyində bir qəbir varmış.Həmin qəbrə Yuxarı Çardaqlar kəndinin sakinləri Safiyyənin qəbri deyirlərmiş. 1980-ci illərdə həmin qəbir tədqiqatşılar tərəfindən açılmış və oradan qadın saçları çıxıb. Qəbrin məhz həmin vuruşan xanıma, yəni Pəriyə məxsus olduğu söylənir.

Yerli sakinların dediyinə görə qalada qızıl olması isə tamamən yalan məlumatdır.

Ömər Sadiq

Zaqataladakı Pəriqala - ARAŞDİRMA

Zaqataladakı Pəriqala - ARAŞDİRMA

Zaqataladakı Pəriqala - ARAŞDİRMA

Zaqataladakı Pəriqala - ARAŞDİRMA

Zaqataladakı Pəriqala - ARAŞDİRMA

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:25-10-2019, 00:51
Oxunub:57


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti