yüklənir...
yüklənir...

"Qarabağ" APOEL-lə heç-heçə etdi

Bu gün Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçiriləcək.

VETENPERVERLER.AZ xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti matçına çıxacaq. Ağdam təmsilçisi Bakıda Kiprin APOEL klubunu qəbul edəcək.

Bu, Qurban Qurbanovun komandasının cari avrokubok mövsümündə Nikosiya təmsilçisi ilə 3-cü matçı olacaq. Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ" məhz APOEL-lə qarşılaşmışdı. Səfərdə 2:1 hesablı qələbə qazanan təmsilçimiz Bakıda 0:2 hesabıyla uduzaraq ÇL-dən kənarda qalmışdı. Bu baxımdan bugünkü görüş "Qarabağ" üçün revanş da sayıla bilər.

A qrupunun digər oyununda "Sevilya" "Düdelanj"ı qəbul edəcək.

24 oktyabr

Avropa Liqası

A qrupu

20:55. “Qarabağ” (Azərbaycan) - APOEL (Kipr) - 2:2
Qol: Dani Kintana, 13 (1:0), İoannou, 29 (1:1), Hallenius, 45 (1:2), Ailton, 59 (2:2)
Hakimlər: Filip Qlova, Ona Frantişek Ferenç, Yan Pozor, Peter Ziemba (hamısı Slovakiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.


23:00."Sevilya" (İspaniya) - "Düdelanj" (Lüksemburq)скачать dle 10.6фильмы бесплатно
>

Tarix:24-10-2019, 22:50
Oxunub:80


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti