yüklənir...
yüklənir...

Aqil ABBAS: POLİS ŞƏRƏFLİ BİR YOL KEÇİB

Şəhərin ən böyük yerində və strateji bölgəsində icazəsiz mitinq keçirməyə cəhd göstərildi. Özü də hansı bir zamanda? Möhtərəm Prezidentin həm Soçidə, həm də MDB dövlət başçılarının Aşqabadda keçirilən Zirvə toplantısında Qarabağla bağlı dünyaya verdiyi sərt mesajlardan, eləcə də son zamanlar ölkədə gedən ciddi islahatlardan sonra.

Görünür, Möhtərəm Prezidentin dünyaya verdiyi mesajlar və apardığı islahatlar həm xaricdə , həm də daxildə Azərbaycanın inkişafını gözügötürməyənləri bərk narahat edib. Ona görə də ölkədə sabitliyi pozmağa çalışırlar. Təbii ki, istəklərinə nail ola bilmədilər. Azərbaycan polisi layiqincə icazəsiz mitinqin qarşısını aldı.

Azərbaycan MDB məkanında əmin-aman və stabil bir dövlət sayılır. Təbii ki, bu Möhtərəm Prezidentin apardığı daxili siyasətin nəticəsidir. Azərbaycan MDB məkanında ən az cinayət törədilən , cinayətkarlığın açılma faizinə görə də öndə gedən, eləcə də cinayətkar qrupların demək olar ki, olmadığı bir ölkədir.

Təbii ki, bu da Azərbaycan polisinin Möhtərəm Prezidentin onların qarşısına qodyğu vəzifəni ləyaqətlə yerinə yetirməsindən irəli gəlir. Ölkədəki əmin-amanlığa, sabitliyə görə polisə borcluyuq.

Və icazəsiz mitinqdə bir məqsəd də polisi gözdən salmaq, gündən-günə artan nüfuzuna xələl gətirmək məqsədi güdür.

Saytlarda, sosial şəbəkələrdə, ölkəmizə düşmən kəsilən çoxminli səhifələrdə mitinqin qarşısını alarkən baş verən üç-dörd olayı montaj edib yayımlayırlar. Xüsusi qruplar da polisin gözünü qırmaq üçün böyük bir hücuma keçiblər və keçirlər. Təhqir, böhtan, söyüş…

Əvvəla, bu polis sənin atandı, əmindi, dayındı, balandı, bacındı. Və sənin əmin-amanlıqda yaşaman üçün gecəsini gündüzünə qatan, iş saatı olmayan və lazım gələndə özünü cinayətkar gülləsinin qabağına verib şəhid olan qardaşlarımızdı.

İkincisi, Azərbaycan polisinin belə hücumlarla, şantajlarla gözünü qırmaq olmaz. Azərbaycan polisi Qarabağ müharibəsində çox çətinliklərdən, cinayətkarlığa qarşı mübarizədən şərəflə çıxıb gəlib bu günə çatıb.

Və bu gün də şərəflə öz vəzifə borcunu yerinə yetirir.

Polis səni qoruduğu kimi, sən də polisini qorumalı və sevməlisən.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:23-10-2019, 15:35
Oxunub:42


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti