yüklənir...
yüklənir...

“Ağ xalatlı qatilləri” güllələmək istəyənlərin güllələnməsi –Stalin 1 ay gec ölsəydi...

Əgər SSRİ rəhbəri İosif Stalin 1953-cü ilin mart ayının 1-dən 2-sinə keçən gecə iflic olmasaydı, rəsmi informasiyaya görə, martın 5-də ölməsəydi, həmin ayın ortalarında Moskva, eləcə də SSRİ-nin digər iri şəhərlərinin mərkəzi meydanlarına yığılmış insanlar yəhudi mənşəli həkimlərin dar ağacından asılmasını izləyəcəkdi.

Bunu vaxtilə SSRİ-nin baş naziri olmuş Nikolay Bulqanin həbs edilmiş və türmədə ölmüş həkim Yakov Etingerin oğluyla söhbətdə deyib. Bulqanin yayılmış şayiələri təsdiq edərək bildirib ki, ziyankarlıqda günahlandırılan həkimlərin mühakiməsi martın ortalarına nəzərdə tutulubmuş və onlar məhz nümayişkaranə şəkildə, bir il əvvəl Çexoslavakiyada məhv edilən kommunist liderlərin mühakimə və edamına bənzəyən üsulla asılmaqla edam ediləcəkmiş. Əsas edamlar Qırmızı meydanda olacaqmış.

Həkimləri tutdurdu, ölümü başqa həkimlərdən oldu

“Ağ xalatlı qatilləri” güllələmək istəyənlərin güllələnməsi –Stalin 1 ay gec ölsəydi...

Beləliklə, Stalinin ölümü çoxu yəhudi olan xeyli həkimi labüd ölümdən qurtarıb. Rəhbərin ölümündən bir həftə sonra həkimlər həbsdən azad edilib, onlara bəraət verilib, işlərinə bərpa olunublar. Eyni zamanda Stalinin ölümü ilə bağlı ortaya yeni söz-söhbətlər çıxıb, onun öz əcəli ilə ölmədiyinə dair şayiələr dolaşıb.

Üstündən 40-45 il keçəndən sonra ortaya çıxan dəlillər və şahid ifadələrinə əsasən artıq qətiyyətlə demək olar ki, Stalin martın 1-də iflic olanda, əslində onun həyatını xilas etmək, ömrünü daha bir-iki il uzatmaq olarmış, silahdaşları, əsasən də Beriya və Xruşov onun ölümünü bilə-bilə yaxınlaşdırıblar. Əsas versiya budur ki, açıq-aşkar paranoik olan Stalin artıq yaxın ətrafındakı bir sıra şəxslərdən qurtulmaq üçün yeni bir repressiya dalğası başlatmaq fikrində olub. Bu dəfə o, işə ABŞ-ı, İsraili, yəhudi-burjua təşkilatlarını qatmaq, yeni və böyük bir casus şəbəkəsini ifşa kampaniyası aparacaqmış. Sovet liderləri ağlı azalmış qoca liderin növbəti kaprizinə qurban getməmək üçün çarəsiz duruma düşmüş Stalinə lazımi tibbi müdaxilə edilməsini təmin etməyiblər.

“Ağ xalatlı qatilləri” güllələmək istəyənlərin güllələnməsi –Stalin 1 ay gec ölsəydi...

Əslində “Ziyankar həkimlərin işi” adlanan, mətbuatda obrazlı şəkildə “Ağ xalatlı qatillərin işi” kimi qeyd olunan həmin məsələ ətrafında geniş təbliğat kampaniyası artıq tam sürətilə gedirmiş və mütləq ölkədə yaşayan yəhudilərin bir xeylisini əhatə edəcək repressiya dalğası ilə bitəcəkmiş. Stalin 1952-ci ilin 1 dekabrında yəhudi həkimlərə qarşı total kampaniyaya start verərək deyib: “İstənilən millətçi yəhudi Amerika kəşfiyyatının agentidir. Millətçi yəhudilər hesab edirlər ki, onların millətini ABŞ xilas edib… Həkimlərin arasında çoxlu yəhudi millətçilər var”.

Jdanovu niyə yanlış müalicə ediblər?

“Həkimlərin işi” məsələsi isə öz-özünə baş verməyib. Buna müəyyən səbəblər olub. Məsələ ondadır ki, 1948-ci ildə Stalinin sevimli kadrı, əziz qudası, məclislərinin yaraşığı Andrey Jdanov cəmi 52 yaşındaykən, gözlənilmədən ölüb. Təbii ki, Stalin silahdaşının vaxtsız ölümündən sarsılıb və burada sui-qəsd izi axtarıb. Ancaq ilk vaxtlarda bu, o qədər də ciddi şəkildə olmayıb. Jdanovun müalicə həkimi Lidiya Timoşukun hökumət orqanlarına yazdığı məktuba 4 ildən sonra diqqət yetiriblər. Timoşuk öz məktubunda göstərib ki, elektrokardioqrammaya əsasən Jdanova miokard infarktı diaqnozunu düzgün qoyub, ancaq Kremlin müalicə-sanitariya idarəsi onu xəstəyə başqa diaqnoz qoymağa vadar edib və Jdanova infarktın əksinə olan müalicə yazıblar, bu isə Mərkəzi Komitə katibinin ölümünə səbəb olub.

Stalin olmasın, başqa bir rəhbər olsun, kim olsa deyər ki, nəyə görə ölkənin 3 ən nüfuzlu partiya xadimindən biri olan şəxsin ölümünə səbəb olacaq hərəkət ediblər? Həkimlərin bu işdə qəsdi-qərəzi, marağı nə olub?

Abakumovun başını yeyən Ryumin

“Ağ xalatlı qatilləri” güllələmək istəyənlərin güllələnməsi –Stalin 1 ay gec ölsəydi...

Stalin bu məsələni araşdırmağı tələb edib. Proses başlayıb. Cinayət işi Dövlət Təhlükəsizliyi Nazirliyində araşdırılıb.

Bir gün Təhlükəsizlik Nazirliyinin podpolkovniki Mixail Ryumin öz nazirindən Stalinə donos yazaraq, nazir Viktor Abakumovu “həkimlərin işi”nin araşdırılmasına mane olmaqda ittiham edib. Stalin bu məsələni araşdırmağı MK katibi Georgi Malenkova, Abakumovun köhnə düşməninə həvalə edib. O da sonda Ryuminin haqlı olduğunu bildirərək Abakumovun kəndirini kəsib. Abakumovu işdən çıxarıb həbs ediblər, bir müddət sonra yerinə Semyon İqnatyevi təyin ediblər. Stalin İqnatyevi möhkəm hədələyib, deyib, əgər aqibətinin Abakumov kimi olmasını istəmirsənsə, yəhudi həkimlərin sui-qəsdinin üstünü açmalısan.

Professor həkimlər işgəncəyə necə dözüblər – bir şey bilmədikləri üçün…

“Ağ xalatlı qatilləri” güllələmək istəyənlərin güllələnməsi –Stalin 1 ay gec ölsəydi...

İqnatyev və Ryumin Moskvada yəhudi mənşəli həkim professor qoymayıblar, əksəriyyətini tutublar. Hətta yəhudi olmayan, amma onlarla dost-tanış olan həkimlər də həbs edilib. Onların hamısını “Coynt” adlı yəhui-burjua təşkilatının vasitəsilə ABŞ və İngiltərə kəşfiyyatına işləməkdə ittiham ediblər. Ancaq həkimlər “bərk” adamlar çıxıblar, heç nəyi etiraf etməyiblər. Bu, ona görə baş verib ki, yazıqların bildiyi bir şey olmayıb ki, açıb desinlər. Yoxsa yaşlı professorlar, təbiətcə yumşaq və möhkəm iradə sahibləri olmayan şəxslər bildikləri hər şeyi açıb deyərdilər. Stalin onlara “fiziki təzyiq” göstərməyi, yəni işgəncə verməyi də əmr edib, yenə həkimlərdən “özünüifşa ifadələri” almaq mümkün olmayıb.

Bu şəxslər aşağldakılar olub:

Vovsi. M.S. — professor, həkim-terapevt;

Vinoqradov V.N. — professor, həkim-terapevt;

Koqan M.B. — professor, həkim-terapevt;

Koqan B.B. — professor, həkim-terapevt;

Yeqorov P.İ. — professor, EA-nın müxbir üzvü, Stalinin aparıcı həkimi, həkim-terapevt;

Feldman A.İ. — professor, həkim-otolarinqoloq;

Etinger Y.G. — professor, həkim-terapevt;

Qrinşteyn A.M. — professor, TEA-nın akademiki, həkim-həkim nevropotoloq;

Mayorov Q.İ. — professor, həkim-terapevt.

Bunlari 1951-ci ilin iyulundan 1952-ci ilin noyabrına qədər, 1 il 4 aylıq vaxt ərzində “dənləyiblər”. Bu həkimlərlə yanaşı, bir çox başqaları da, o cümlədən Leninin cəsədinin mumiyalanmasının yaradıcısı və qoruyucusu professor Boris İliç Zbarski və yazıçı Lev Şeynin də həbs edilib.

Həbs olunanların əksəriyyəti yəhudi olub, bir qədər sonra onların sırasına başqa yəhudi həkimlər də qatılıb:

N.A. Şereşevski – həkim-endokrinoloq, professor;

M.Y.Sereyski – psixiatr, professor;

Y.S.Tyomkin – otolarinoloq, professor;

E.M.Gelşteyn – terapevt, professor;

İ.İ.Feytel – ginekoloq, professor;

C.E.Nevzlin – ftiziatr, professor;

B.E.Nevzlin – terapeşt, professor;

C.E.Karpay – terapeKreml xəstəxanasının funksional diaqnostika kabinetinin müdiri;

N.L.Vilk – dosent,

E.F.Lifşits – pediatr,

Y.L.Rapoport – patoloqanatom, professor;

L.X.Keçker – terapevt, professor.

Bu işin araşdırılması zamanı başqa millətlərdən olan sovet həkimləri də zərər çəkiblər:

A.A.Busalov – cərrah, professor

B.B.Zakusov – əczaçı, professor;

B.F.Zelenin – terapevt, SSRİ EA-nın akademik;

B.S.Preobrajenski – otolarinqoloq, SSRİ EA-nın akademiki;

B.X.Vasilenko – terapevt, professor;

A.N.Fyodorov – patoloqanatom;

N.A.Popova – nevropotoloq, professor.

Bu akademik və professorlardan başqa da xeyli aşağı elmi rütbəli həkimlər həbs olunub.

Ötəri baxışdan da anlamaq olar ki, bu qədər yüksək səviyyəli həkimlərin hamısı birdən-birə casus ola bilməz, olsalar, o qədər ağır işgəncələrə dözməyib, özlərini ifşa edər, bir-birinin üzünə durardılar. Görünür, bu işi aparanlar da, hüquq-mühafizə orqanlarının rəhbərləri də bu gerçəkliyi aydınlığı ilə dərk edirmişlər, ancaq qəddar və qətiyyətli, amansız Stalinin əmri beləymiş: həkimlər nəyin bahasına olursa-olsun, ifşa edilməli və cəzalandırılmalıdırlar.

Güllələyənlərin güllələnməsi

“Ağ xalatlı qatilləri” güllələmək istəyənlərin güllələnməsi –Stalin 1 ay gec ölsəydi...

Təsadüfi deyil ki, onun ölümündən dərhal sonra bu iş bağlanıb. Əgər hüquq-mühafizə orqanlarının əlində bu həkimlərin casusluğuna və ziyankarlığına, eləcə də dövlət və partiya liderlərinə qarşı sui-qəsd törətmək niyyətində olduqlarına dair hər hansı bir fakt olsaydı, çətin ki, onları həbsdən azad edərdilər. Ancaq təxminən bu iş üstə həbs olunmuş təhlükəsilik naziri Viktor Abakumovu həbsdən azad etməyiblər, ona başqa bir iş də “tikiblər” və 1954-cü ildə 46 yaşında güllələyiblər.

“Ağ xalatlı qatilləri” güllələmək istəyənlərin güllələnməsi –Stalin 1 ay gec ölsəydi...

Abakumovun üzünə duran podpolkovnik Mixail Ryuminin də taleyi fərqli olmayıb. Onu Stalinin ölümündən dərhal sonra Beriyanın əmri ilə “istintaqda yolverilməz üsullardan istifadə etdiyinə görə” təhlükəsizlik orqanlarından xaric ediblər, daha sonra həbsə alıblar (yəqin ki, Abakumovu ilişdirdiyinə görə – çünki Abakumov Beriyanın kadrı olub). Ancaq Ryuminin mühakiməsini və edamını görmək və bundan həzz almaq Beriyaya nəsib olmayıb. Daha dəqiqi, Beriya Ryuminin mühakiməsini görüb, onları birlikdə mühakimə ediblər və elə eyni gündə – iyulun 7-də güllələyiblər.

“Həkimlərin işi” adlı cinayət işini qaldırılmasına səbəbkar olan və ən yaxşı sovet həkimlərinin başına oyun açdıran, əvvəlcə “Lenin” ordeni alan, sonra ordeni əlindən alınan, bir müddət sonra başqa ordenlə təltif edilən Lidiya Timoşuk uzun yaşayıb, 95 yaşında vəfat edib.

Mərkəzi qəzetlərdə və jurnallarda ifşaedici yazılar, felyetonlar dərc etdirən, “qatil həkimlər”in adını bütün SSRİ ərazisində rüsvay edən “ziyalılar” isə heç nə olmamış kimi yazıb-yaratmaqda davam ediblər
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:20-10-2019, 21:51
Oxunub:44


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti