yüklənir...
yüklənir...

Premyer Liqa: “Neftçi” “Zirə”ni, “Səbail” “Sumqayıt”ı qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulacaq.

VETENPERVERLER.AZ-ın məlumatına görə, son oyun günündə iki matç baş tutacaq. “Neftçi” “Zirə”ni, “Səbail” “Sumqayıt”ı qonaq edəcək. İlk oyun günündə "Qarabağ"la "Keşlə"nin xal itkilərindən sonra "Neftçi" və "Səbail"in turnir cədvəlində irəliləmək və liderə yaxınlaşmaq imkanı yaranıb. Bunun üçün hər iki meydan sahibi qələbə qazanmalıdır.

İndiyədək "Neftçi" və "Zirə" 17 dəfə üz-üzə gəlib. Bunların 3-də flaqman, 9-da qəsəbə təmsilçisi qələbə qazanıb, 5 oyun isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "qartallar" üstündürlər - 21:15. “Zirə” "Neftçi" ilə son iki qarşılaşmada meydanı qolsuz tərk etməyib. “Neftçi”nin meydanındakı son 5 matçda hər iki komanda qol vurub.

Bu, həm də Zaur Həşimovun "Zirə"nin baş məşqçi postunda ilk rəsmi oyunu olacaq. O, çempionatın ilk dövrəsindən sonra istefaya göndərilmiş Samir Abasovu əvəzləyib.

"Səbail" və "Sumqayıt" komandaları isə 10-cu dəfə qarşılaşacaqlar. Əvvəlki matçların 4-də paytaxt, 3-də "gənclik şəhəri" təmsilçisi qələbəyə nail olubsa, 2 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Səbail" öndədir - 9:6. “Sumqayıt” son üç oyunda qalib gələ bilməyib. “Səbail” son iki ev matçında qol buraxmayıb.

Qeyd edək ki, turun ilk oyun gündə "Qarabağ" "Qəbələ" ilə, "Keşlə" isə "Sabah"la 1:1 hesablı heç-heçə edib.

Azərbaycan Premyer Liqası, VIII tur

20 oktyabr (bazar)

17:00. “Neftçi” – “Zirə”

Hakimlər: Rövşən Rəcəbov, Zeynal Zeynalov, Cavanşir Yusifov, Rauf Allahverdiyev

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Bakcell Arena”

19:30. “Səbail” – “Sumqayıt”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Rəşad Əhmədov

Hakim-inspektor: Anar Salmanov

AFFA nümayəndəsi: Erkin Hüseynov

“ASCO Arena”.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:20-10-2019, 14:31
Oxunub:36


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti