yüklənir...
yüklənir...

Qazax rayon Icra Hakimiyyətinin başçısı Alpaqut Federasiyasının rəhbərliyini qəbul edib

Qazaxda keçirilən Alpaqut döyüş sənəti üzrə Azərbaycan kubokunun rəsmi açılışından əvvəl Qazax rayon Icra Hakimiyyətinin başçısı Rəcəb Balaşov Federasiya rəhbərliyi ilə görüşüb.

Azərbaycan Alpaqut Federasiyasının rəsmi Fecebook səhifəsinin yaydığı xəbərə görə 19 oktyabrda Qazax Olimpiya İdman Kompleksində keçirilmiş IV Azərbaycan Kubokunda iştirak etmək üçün Qazax rayonuna səfər etmiş Alpaqut Federasiyasının bir qrup rəsmi şəxsləri rayon Icra Hakimiyyətinin başçısı Rəcəb Balaşov tərəfindən qəbul edilmişdi.

Alpaqut Turan döyüş sənətinin müəllifi Kutsan Vasif Namazovun, Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti Nurana xanım Şixəliyevanın və Federasiyanın Tibbi işlər üzrə Departamentinin rəhbəri Gülnarə xanım Davudovanın qatıldığı rəsmi qəbulda Alpaqut haqqında rayon rəhbərinə geniş məlumat verilmiş, Qazax rayonunda Alpaqut Fialının inkişafı məsələləri muzakirə edilmişdi.
Qazaxda keçirilən IV Azərbaycan kubokunun təşkilində göstərdiyi köməkliyə görə rayon Icra Hakimiyyətinin başçısı cənab Rəcəb Balaşova Azərbaycan Alpaqut Federasiyası tərəfindən fəxri təşəkkür plaketi təqdim edildi.

Rəsmi qəbulda Qazax rayon İcra Hakimiyyəti başçısının hümanitar və ictimai-siyasi məsələlər üzrə müavini Gulayə xanım Həsənova da iştirak edirdi.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:20-10-2019, 13:47
Oxunub:230


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti