yüklənir...
yüklənir...

Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan Kuboku keçirildi - FOTOLAR

Qazax Olimpiya İdman Kompleksində baş tutmuş yarışda 300 dən artıq idmançı medallar uğrunda mübarizə aparmışlar.

Azərbaycan Alpaqut Federasiyasının rəsmi Facebook səhifəsinin yaydığı məlumata görə Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan Kuboku yarışına dünən səhər saatlarında Qazax Olimpiya İdman Kompleksində start verilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin illik təqvim planına uyğun olaraq keçirilən yarışda bütün yaş qrupları üzrə, ölkənin 30-dan artıq komandasını təmsil edən, 300 dən artiq idmançı güclərini sinayıblar.
Yarışda iştirak edən idmançılar yarış meydadına daxil olduqdan sonra Dövlət himnimiz səsləndi.
Rəsmi açılış mərasimini Azərbaycan Alpaqut Federasiyasının birinci vitse prezidenti Nuranə xanım Şixəliyeva açıq elan etdi. Sonra yarışda qonaq qismində iştirak edən Qazax rayon İcra Hakimiyyəti başçısının müavini Gülayə Həsənova, Qazax rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev, Dünya Alpaqut Federasiyası İdarə Heyətinin sədri, Alpaqut Turan döyüş sənətinin müəllifi Kutsan Vasif Namazov çıxış edərək, yarış iştirakçılarına uğurlar dilədilər.

Rəsmi hissənin sonunda incəsənət ustalarının ifasında bir neçə xalq mahnılar ifa edildi.

Dörd - Aypara, Batur, Caymaz və Qurşaq sistemləri üzrə keçirilən yarışın sonunda qaliblər elan edildi.
Yarışın nəticələrinə görə, Aypara sistemi üzrə komanda hesabı ilə 1-ci yeri Suraxanı, 2-ci yeri Ağdam, 3-cü yeri Nizami, Batur sistemi üzrə 1-ci yeri Şəmkir, 2-ci yeri Laçin, 3-cü yeri Zərdab, Caymaz sistemi üzrə 1-ci yeri Binəqədi, 2-ci yeri Mingəçevir, 3-cü yeri Kəlbəcər, Qurşaq sistemi üzrə 1-ci yeri Qazax, 2-ci yeri Laçin, 3-cü yeri isə Şəmkir komandaları çıxıblar.
Qaliblər diplom, medallar və kubokla mukafatlandırılıb.

Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan Kuboku keçirildi - FOTOLAR

Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan Kuboku keçirildi - FOTOLAR

Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan Kuboku keçirildi - FOTOLAR

Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan Kuboku keçirildi - FOTOLAR

Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan Kuboku keçirildi - FOTOLAR

Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan Kuboku keçirildi - FOTOLAR

Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan Kuboku keçirildi - FOTOLAR

Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan Kuboku keçirildi - FOTOLAR

Alpaqut Turan döyüş sənəti üzrə IV Azərbaycan Kuboku keçirildi - FOTOLAR
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:20-10-2019, 13:44
Oxunub:139


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti