yüklənir...
yüklənir...

Vilayət Eyvazov generalı təqaüdə göndərdi

Daxili İşlər Nazirliyinin (DİN) İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Heydər Heydərov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.

VETENPERVERLER.AZ-In məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, H.Heydərov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

DİN-in Mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, H.Heydərov İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə 2017-ci il yanvar ayının 27-də təyin edilib.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:17-10-2019, 15:11
Oxunub:43


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti