yüklənir...
yüklənir...

Dünya çempionatının ilk günündə Azərbaycan cüdoçuları iki medal qazandı

Azərbaycanın iki cüdoçusu Mərakeşdə start götürən gənclər arasında dünya birinciliyində fəxri kürsüyə yüksəlib.

VETENPERVERLER.AZ xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Əhməd Yusifov Koreya, Ukrayna, Türkiyə və Qırğızıstan təmsilçilərini məğlub etdikdən sonra finalda rusiyalı Konstantin Simeonidisə uduzaraq gümüş medal qazanıb.

66 kq çəkidə çıxış edən İbrahim Əliyev isə bürünc medal uğrunda görüşdə rumıniyalı Lusian Dumitreskudan güclü olub və mundialda III yeri tutub.

Qeyd edək ki, dünya birinciliyinə 81 ölkədən 294-ü oğlan, 223-ü qız olmaqla 517 cüdoçu qatılıb. Azərbaycan millisi yarışda 9 oğlan və 2 qız idmançı ilə təmsil olunur.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:17-10-2019, 09:30
Oxunub:34


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti