yüklənir...
yüklənir...

Prezidentin Zirvə Görüşündə Zəngəzur məsələsini qabartmasının səbəbi - ŞƏRH

Türk Dövlətlərinin Əməkdaşlıq Şurası (TDƏŞ) son zamanların layihələri içərisində ən faydalısı və ən tutarlısıdır.

Bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Bakıda keçirilən TDƏŞ-in VII Zirvə Görüşünün perspektivini şərh edərkən deyib.

Deputat bildirib ki, qurum çərçivəsində ölkələrin həmrəyliyi, beynəlxalq siyasətdə birgə koordinasiyalı hərəkəti türk dövlətlərinin maraqlarına uyğundur.

Prezident İlham Əliyev TDƏŞ-in Zirvə Görüşündə Azərbaycanın quruma sədrliyi dövründə qarşıda duran məsələlərdən danışıb.

Ölkə başçısının sözlərinə görə, Azərbaycan bu müddət ərzində ölkələr arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcək.

“Bizi birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər qarşılıqlı səmərəli fəaliyyətimiz üçün mühüm əsasdır”, - deyən Prezident əlavə edib ki, türkdilli dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

F.Mustafa hesab edir ki, Prezident İlham Əliyevin türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsinə önəm verməsi Azərbaycanın inteqrasiya prosesində ən aktiv rol alacağına işarədir.

Parlamentarinin fikrincə, TDƏŞ-in Bakıda keçirilən Zirvə Görüşü ortaya kifayət qədər faydalı nəticələr qoydu.

“Xüsusilə Özbəkistanın quruma daxil olması, Macarıstanın təşkilatda aktiv rol alması müsbət tendensiyadan xəbər verir. Azərbaycan bu məsələlərdə dəqiq strategiyaların hazırlanmasında digər türk ölkələri ilə koordinasiyalı hərəkət edəcək. Prezidentin də verdiyi mesajlar bundan ibarətdir”.

Prezident İlham Əliyev Zirvə Görüşündə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında Zəngəzurun yerləşdiyini xatırladıb.

Dövlət başçısı vurğulayıb ki, Zəngəzur bölgəsinin Azərbaycandan alınıb Ermənistana birləşdirilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı.

F.Mustafa bildirib ki, Prezidentin Zəngəzurla bağlı məsələni qabartması bunun təkcə Azərbaycanın deyil, bütün türk dünyasının problemi olduğuna diqqət yönəltməyindən irəli gəlir.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:16-10-2019, 11:52
Oxunub:32


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti