yüklənir...
yüklənir...

Təhsildə aparılan islahatlar tədrisin keyfiyyətinin yüksəlməsinə xidmət edir - MÜSAHİBƏ

Müsahibimiz Ağdam rayon Təhsil Şöbəsinin metodisti Könül xanım Qasımovadır.

Qısa tanışlıq: Qasımova Könül Zülfü qızı Ağdam rayonunda dünyaya gəlib. Ağdam şəhər 6 saylı orta məktəbində orta təhsil alıb. 1993-cü ildə orta məktəbi bitirərək, San-Marino Beynəlxalq Elmler Akademik Merkəzinin Azərbaycan filalının "Mühəndis İqtisadiyyatı və idarəetmə" fakültəsinə qəbul olub. 2000-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin "ibtidai sinif müəllimi" fakültəsinə qəbul olaraq, ikinci ali təhsil alıb.
2006-cı ildə Ağdam rayon 32 saylı köçkün orta məktəbdə usaq birliyinin rəhbəri təyin edilib.
Sonra isə Ağdam rayon 73 saylı köçkün orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. 2012-ci ildən isə Ağdam rayon Təhsil Şöbəsinin metodist vəzifəsinə təyin edilib.
2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Azərbaycan Müəllimlər İnstitutunda keçirilmiş rayon (şəhər) Təhsil Şöbəsi metodistlərinin 12 günlük kursunu fərqlənmə ilə başa vurub və I dərəcəli sertifikat layiq görülüb.
Son illər xeyriyə işləri məşğuldu.
Ailəlidir, 2 övladı var.


Təhsildə aparılan islahatlar tədrisin keyfiyyətinin yüksəlməsinə xidmət edir - MÜSAHİBƏ

- Könül xanım, ilk sualımız sizin xeyriyyə işlərinizlə bağlıdır. Necə oldu ki, xeyirxah işlərlə məşğul olmağa \başladız?

- Mən ümumiyyətlə bu barədə danışmaq istəmirəm. Mən bu işləri Tanrı rizası üçün edirəm. Sualınıza qısa olaraq cavab verim ki, mən bir neçə il bundan əvvəl sosial şəbəkələrdə rast gəldim ki, ağır xəstə olan bir uşağa əməliyyat tələb olunur, ancaq uşağın ailəsi olduqca imkansız olduğu üçün bu əməliyyatı etdirə bilmirlər. Bu xəbər məni çox məyus etdi. Dərhal bu uşaqla bağlı kanpaniya başladım və insanlıqlarına güvəndiyim dostlarımı bu kanpaniyaya qoşulmağa dəvət etdim. Qısa müddət ərzində əməliyyat üçün tələb olunan məbləğ yığıldı və uşaq uğurlu əməliyyat olundu. Ondan sonra mütəmadi olaraq müxtəlif imkansız və xəstə uşaqlar üçün bu kanpaniyaları aparırıq.

- Siz bu gün təhsil işçisisiz. Azərbaycan təhsilinin hazırki vəziyyətini necə dəyərləndirərdiz?

- 2018-2019-cu tədris ilində “Ümumi təhsil haqqında” qanunun qəbul edilməsi ilə yadda qalıb: “Bununla da şagirdlərin yerlərinin dəyişməsi prosesinin elektron qaydada olması şəffaflığa zəmin yaradır. Ümumtəhsil məktəblərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq səlahiyyətinin verilməsi bu təhsil ocaqlarına maddi-texniki bazasının genişləndirmək imkanını vermiş olur. Ötən tədris ilində təhsil qanunvericiliyi əsaslı şəkildə yenilənib. Bundan başqa, təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdən biri də məktəbəqədər təhsillə əhatəlilik səviyyəsidir. 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi ötən tədris ilində 75%-ə çatdırılıb. İstedadlı uşaqlarla iş sahəsində görülən işlər nəticəsində ötən il Respublika fənn olimpiadalarında iştirakçı sayında artım özünü göstərib. Ümumilikdə, olimpiadalarda 33 min şagird iştirak edib. Bu da 2013-cü illə müqayisədə 5 dəfə çoxdur.

Təhsildə aparılan islahatlar tədrisin keyfiyyətinin yüksəlməsinə xidmət edir - MÜSAHİBƏ

- Aparılan təhsil islahatlarından razısız, eləmi?

- Bəli, bu gün ölkəmizdə təhsil islahatlarının uğurla aparılması təhsilimizin strategiyasına böyük ümüdlər yaradır. Belə ki, təhsildə aparılan islahatlar tədrisin keyfiyyətinin yüksəlməsinə xidmət edir. Bu islahatlar həmçinin təhsilimizdəki neqativ hallarında aradan qaldırılmasına səbəb olur. Misal üçün valideyini məcburi köçkün olmayan şagirdlərin köçkün məktəblərinə qəbulu və köçülməsinin qadağan edilməsi, qanunsuz şagird köçürülmələrinin qarşısın almış oldu. Bütün bu islahatlar cənab Nazirimiz Ceyhun Bayramov tərəfindən uğurla davam etdirilir.

- Könül xanım, şagirdlərin repetiror yanına getməsi hallarına necə baxırsız?

- Bu hallar da, demək olar ki, azalmaqdadır. Bir neçə il bundan əvvəl övladının məktəbdə dərsi lazımınca mənimsəmədiyini görən valideynlər çıxış yolunu uşaqlarını 1-2-ci siniflərdən repetiror yanına göndərməkdə görürdülər. Yeni təhsil sisteminə, kurikulumun tələblərinə uyğun olaraq hazırlanmış dərs vəsaitlərinin qəliz olması, uşaqların yaşına görə həmin proqramı mənimsəməsində yaranan çətinliklər şagirdlərin aldığı qiymətlərə də təsirsiz ötüşmür. Övladının aldığı qiymətin aşağı düşdüyünü görərək bundan narahatçılıq keçirən valideynlər isə yaranmış problemi uşağı hazırlığa göndərməklə həll etməyə çalışırdılarsa, artıq indi dərsliklərdəki qəlizliklərdə aradan qaldırıb deyə, aşağı sinif şagirdinin repetiror yanına getməsinə luzum qalmır. Eyni zamanda müəllimlərin bilik səviyyəsinin son illər yüksəlməsi də bu problemi aradan qaldırıb.

Təhsildə aparılan islahatlar tədrisin keyfiyyətinin yüksəlməsinə xidmət edir - MÜSAHİBƏ

- Siz metodist kimi orta məktəblərdə müəllimlərin fəaliyyətinə nəzarət etməklə yanaşı, həm də onlara metotiki məsləhətlər də verirsiz. Müəllimlərin bilik səviyyəsinin yüksəlməsi qeyd etdiz. Müəllimlərin bilik səviyyəsi sizi tam qane edirmi?

- Əlbətdə, ötən illərlə müqayisədə müəllimlərin peşəkarlıq və bilik səviyyəsi artırılıb. 2018-2019-cu tədris ilində, ümumilikdə, müddətsiz müqavilə əsasında 4053, müddətli müqavilə əsasında 4500 müəllim işə qəbul edilib ki, bu da son illərdə vakant yerlərin 100 faiz tutulması baxımından ən yüksək göstərici olub. Aparılan islahatların uğurlu nəticəsidir ki, ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Ümumiyyətlə, 2018-2019-cu tədris ilində görülən işləri, həyata keçirilən islahatları müsbət hesab etməklə yanaşı, hesab edirəm ki, ölkəmizdə təhsilin inkişafı daha da sürətlənəcək.

- Orta məktəblərdə şagirdlər arasında aparılan vətənpərvərlik təbliğatı sizi qane edirmi?

- Hər bir müəllimin, ixtisasından, tədris etdiyi fənndən asılı olmayaraq şagirdlər arasında Vətən sevgisini aşılamağa borcludur. Çünki, bu günün şagirdi sabahın əsgəridir, Vətənin səngərində xidmət edən oğuldur. Səngərdə dayanan əsgərin də iliyinə qədər Vətən eşqi olması vacibdir. Nə qədərki, torpaqlarımızın bir qismi işğal altındadır, bizim məktəblilər bu eşqlə böyüməlidir. Bu müqəddəs eşq də ona orta məktəbdə aşılanmalıdır və aşılanır. Məktəblilər arasında hər il keçirilən "Şahinlər" hərbi-idman oyunlarının və digər hərbi-vətənpərvərlik tədbirlərinin keçirilməsi müsbət nəticələrlə yadda qalır. Həmin tədbirlərdə orta məktəb şagirdinin əsgər formasını qürurla əyninə geyinirsə, o şagirdə həm bu formaya, həm də hərb sənətinə həvəsin artırır.

- Könül xanım, yenə söhbətin əvvəlinə qayıtmaq istəyirəm. Sizi xeyriyyə işlərinə sövq edən nədir?

- Qəlbimin səsi... Tam səmimiyyətimlə demək istəyirəm ki, hər hansı bir imkansız xəstə uşağın sağlamlığı ilə bağlı Tanrının izni ilə nəsə bir iş görməyi bacaranda çox rahat oluram. Mən bu işdən mənəvi zövq alıram. Bu işləri görməyə mənə vüsət və şans verdiyi üçün Uca Tanrıya minnətdaram. O, izin verməsə mən nə karəyəm ki, bu işləri görüm. Eyni zamanda mənə dəstək olan insansevər dostlarıma da fürsətdən istifadə edib, təşəkkür edirəm.

- Sizə həm təhsildəki fəaliyyətinizdə, həm də xeyriyyəçilik işlərinizdə yeni-yeni uğurlar arzu edirik. Çox sağ olun ki, saytımıza müsahibə vermək üçün vaxt ayırdız.

- Siz sağ olun. Məndə vətənpərvərlik təbliğatı kimi vacıb işdə sizə uğurlar arzu edirəm.

Müsahibəni qələmə aldı: Fəridə Abbas
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:15-10-2019, 12:05
Oxunub:439


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti