yüklənir...
yüklənir...

Ağcabədi Olimpiya İdman Kompleksində "Qarabağ Azərbaycanındır" adlı Festival keçirilmişdir.

Dünən Ağcabədi Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü , Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə və oktyabrın 3-də Rusiya Federasiyasının Soçi şəhərində keçirilən VALDAİ diskussiya klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ermənistanın baş naziri Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” deyərək qətiyyətli cavab verməsinə həmrəylik məqsədi ilə Festival keçirilmişdir.

Festivalda Rayon İcra Hakimiyyətinin Başçısı Şahin Məmmədov,hüquq-mühafizə orqanlarının, idarə müəssisə və təşkilat rəhbərləri və gənclər olmaqla 3500 nəfərdən artıq ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanmışdır.

Festival iştirakçıları Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini və partiyanın İcra katibi Əli Əhmədovun “Mən hər bir azərbaycanlını “Qarabağ Azərbaycandır!” hərəkatına səsləyirəm çağırışına öz dəstəklərini ifadə etmək üçün 50 dəqiqə müddətində kompleksin ərazisində vətənpərvərlik mövzusunda mahnıların sədaları altında əllərində Azərbaycan Respublikasının Dövlət Bayraqları ilə yürüş edərək Qarabağ Azərbaycandır!, “Qarabağ bizimdir, bizim olacaq” şüarlarını səsləndirmişlər.Yürüşün önündə Azərbaycan əsgəri uzunluğu 16m, eni 8 m olan müqəddəs üçrəngli bayrağımızı öz çiyinlərində şərəflə daşımışlar.

Festival zamanı Ağcabədi Olimpiya İdman Kompleksinin mini futbol, voleybol və futbol meydançalarında idmançıların iştirakı ilə mini futbol, voleybol, sürətli şahmat , kəndirdartma idman növləri üzrə oyunlar və şərq idman növləri və Alpaqut Turan döyüş sənəti üzrə nümunəvi çıxışlar nümayiş etdirilmiş, eyni zamanda rayon məktəblərinin “Şahin” hərbi idman oyunlarında iştirak edən komandaları da tədbirdə iştirak etmişilər.

Ağcabədi Olimpiya İdman Kompleksində "Qarabağ Azərbaycanındır" adlı Festival keçirilmişdir.

Ağcabədi Olimpiya İdman Kompleksində "Qarabağ Azərbaycanındır" adlı Festival keçirilmişdir.

Ağcabədi Olimpiya İdman Kompleksində "Qarabağ Azərbaycanındır" adlı Festival keçirilmişdir.

Ağcabədi Olimpiya İdman Kompleksində "Qarabağ Azərbaycanındır" adlı Festival keçirilmişdir.

Ağcabədi Olimpiya İdman Kompleksində "Qarabağ Azərbaycanındır" adlı Festival keçirilmişdir.

Ağcabədi Olimpiya İdman Kompleksində "Qarabağ Azərbaycanındır" adlı Festival keçirilmişdir.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:14-10-2019, 10:13
Oxunub:54


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti