yüklənir...
yüklənir...

Heydər Əliyev adına Hərbi Liseydə Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Heydər Əliyev adına Hərbi Liseydə 5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib.

VETENPERVERLER.AZ Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, tədbirdə Hərbi Liseyin rəisi, general-mayor Məhəmməd Həsənov muxtar respublikada təhsil sahəsinə göstərilən diqqət və qayğıdan, müəllim əməyinə verilən yüksək qiymətdən, liseydə yaradılan müasir tədris şəraitindən danışıb.

Çıxışlar zamanı bildirilib ki, vətənpərvər və intellektli gənclər yetişdirən müəllimlərin əməyi hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilir. Hazırda Heydər Əliyev adına Hərbi Liseydə çalışan müəllimlərdən 1 nəfəri Azərbaycan Respublikasının, 2 nəfəri Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 1 müəllim “Tərəqqi” medalı və 2 müəllim isə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub. Hərbi liseydə fəaliyyət göstərən pedaqoji kollektivin vətənpərvərliyinin və peşəkarlığının nəticəsidir ki, kursantların təhsilində, tərbiyəsində və intizamında uğurlar qazanılıb.

Çıxışların ardından təhsildə fərqlənən müəllim və kursantlara Əlahiddə Ümumqoşun Ordu komandanlığı tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:6-10-2019, 12:01
Oxunub:30


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti