yüklənir...
yüklənir...

Peşə bayramın mübarək MÜƏLLİM! - Etibar Toğrul yazır

Bu gün müəllimlərin peşə bayramı qeyd edilir. Əlinə jurnal alıb sinifə daxil olan hər bir kəsə müəllim deyilir. Bəli, deyilir. Ancaq heçdə o insanların hamısı bu günki gün təbrikə layiq deyil.

Təbrikə layiq olanları isə yad edərək, təbrik etmək, dünyasın dəyişənlərin ruhuna sayğı duruşunda durmaq və bütün peşələrin ən şərəflisi olan müəllim adına ləkə gətirənləri lənətləmək hər birimizin borcudur.

Əsl müəllim, tək elmi, uğurlu pedoqoji fəaliyyəti, yetişdirdiyi şagirdlərdən rəsmi nəticələr əldə etmiş insanlar deyil. Əsl müəllim pedaqoji fəaliyyəti, uğurları ilə yanaşı əxlaqlı, vicdanlı, vətənpərvər, insanpərvər, mərhəmətli, xeyrxah İNSAN olmalıdır. Sadaladıqlarımın hamısı bir insanda cəm olduqda o şəxs əlindən öpülməyə layiq olan MÜƏLLİMdi.

Həmin o müəllimə üzümü tutub deyirəm, peşə bayramın mübarək!

Sən, öz biliklərini şagirdlərinə aşılamaqla yanaşı, onlar üşün əxlaq, vicdan, insanlıq və cəsarət nümunəsi olmusan. Sənin 20-30, hətta 40 il əvvəl dərs dediyin şagird bu gün professordu, bir rayonun rəhbəridir, yüksək çinli dövlət məmurudur. Ancaq, bu gün səni qürurla xatirlayır və əyilib əllərindən öpməyi özünə şərəf bilir. Sən əldə etdiyin uğurlu nəticələrlə öyünmədin, şagirdlərinin mərifəti ilə öyündün. O mərifət ilə ki, onu səndən öyrənmişdi. Sən şagirdinin illər sonra saf, səmimi, halal insan olması ilə öyündün. Çünki, o şagird saflığı, səmimiyyəti, halallığı məhz səndən öyrənmişdi.

Sən şagirdlərinə tək bilik öyrətmədin, həm də insanlığın etalonu olmağı öyrətdin. Sən hər bir şagirdinin uğurların eşitdikcə sevinc göz yaşları axıtdin. Ancaq bunu reklam etmədin. Çünki bunu özün üçün müəllimlik borcu bildin. Axı sən əsl MÜƏLLİMsən... Şagirdlərinin hər hansı biri Vətəınin müdafiəsi zamanı şəhid olduğu xəbərini eşitdikdə, için-için acıdınsa da, ancaq bu ifadəni də dilinə gətirdin: "Mən səndən bu qəhrəmanlığı gözləyirdim, mənim övladım."

Sən gözlərinin nurunu, gəncliyini, enerjını şagirdlərinin yolunda sevə-sevə xərclədin. Əvəzin gözləmədən xərclədin.
Sən şagirdlərini öz övladından seçmədin. Öz övladın kimi sevdin şagirdlərini.
Sən şagirdlərinə ürəyini verdin, əvəzində sayğı qazandın. Səni yaşadan elə bu sayğıdır.
Sənin ağ saçlarının hər dəni bir şagirdinin gələcəyi üçün göstərdiyin qayğının, keçirtdiyin həyacanın təcəssümüdü.
Sən mənim idealımsan!
Sən mənim dəyərimsən!
Sən bütün şagirdlərinin idealı və dəyisən!
Sən bu millətin dəyərlərindən birisən!
Sən insanlığın etalonusan.
İnsan necə olmalıdır sualına cavab axtaran şəxs, səni öyrənməlidir.

Bu gün fəaliyyətə başlayan gənc müəllim - necə edim ki, şagirdlərimin sevimlisi olum - sualına cavab tapmaq üçün səni öyrənməlidir.

Sənin kimisi bu gün çox azdı, çox... Əlimizdə çıraq günün gunorta vaxtı gəzdikdə bir səni, birdə sən əqidədə olan çox az sayda MÜƏLLİM tapa bilirik. Çünki, əxlaqını, vicdanını tərəziyə qoyub müəllimlik peşəsi ilə "məşğul" olanlar çoxalıb. Bu peşəni yüksək qazanc əldə etmək üçün bütün vicdansız əməllərlə ustalıqla məşğul olanlar çoxalıb. Bu gün ölkəmizin bir çox təhsil şöbələri dövlətimizin təhsil proqramlarının icrasına nəzərət edən, nümunəvi təhsilin idarəçiliyi ilə məşğul olan bir dövlət qurumundan daha çox şeytan yuvasına bənzəyir. Orda oynanılan oyunları ancaq şeytanlar bacarar. Tanrının insan deyib yaratdığı şəxs o oyunların iştirakçısı olmağı bacarmaz. Məhz bu şeytan oyunlarının nəticəsidir ki, bu gün sənin kimi MÜƏLLİMlərin sayı çox azdı. Mən bu gözəl gündə bunları təəssüf və ürək ağrısı ilə qeyd etməyə məcburam.
Ancaq, sən müqəddəs bildiyin yol ilə şərəflə və qürurla addımlayırsan. Sənin addımlarında cəsarət və qətiyyət var. Önüdə addımlayanlar səni arxalarında dağ bildilər.

Sən ömür boyu mədhiyyə demədin. Çünki, bu sənin peşənə yaddır. Sən rüşvətə və yalana nifrət etdin. Çünki, sən bunu peşənə xəyanət hesab etdin. Səni sevənlərlə yanaşı sevməyənlər də oldu. Yalan, saxtakar, rüşvət, bir sözlə şeytan səni sevmir. Şeytan sənin qəlbinə yol tapmağa acizdir.
Nəysə, şeytana lənət deyib, əllərindən öpürəm, canım qədər sevdiyim MÜƏLLİM.
Peşə bayramın mübarək!
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:5-10-2019, 10:16
Oxunub:189


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti