yüklənir...
yüklənir...

Avropa Şurası: Erməni separatçılarının "ombudsmanı" ilə heç bir rəsmi görüş keçirilməyib

Dağlıq Qarabağdakı separatçı rejimin "ombudsmanı"nın Avropa Şurasının rəsmiləri ilə heç biri görüşü olmayıb.

Bu barədə VETENPERVERLER.AZ xəbər verir ki, bu sözləri Avropa Şurasının Mətbuat xidmətindən bildirilib.

Eyni zamanda xəbərdə separatçı rejimin "ombudsman"ının Strasburqa səfəri ilə bağlı Ermənistan mətbuatının yaydığı məlumatlar da təkzib edilib: "Təşkilatın katibliyində olan məlumata əsasən, sözügedən şəxsin Avropa Şurasının rəsmiləri ilə heç biri görüşü olmayıb. O, Avropa Şurasına “işçi səfər” etməyib və həmin şəxs qurumda hər hansı rəsmi statusla olmayıb. Avropa Şurası bütün üzv dövlətlərin, o cümlədən Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə beynəlxalq səviyyədə tanınan sərhədlər çərçivəsində tam şəkildə hörmət edir və onlara sadiq qalır”.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə məruzəçisi Stefan Şennak da "Report"un Fransa bürosuna açıqlamasında özünü Dağlıq Qarabağdakı separatçı rejimin "ombudsmanı" kimi qələmə verən şəxslə görüş keçirməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatı təkzib edib: "Ermənistan mətbuatının mənimlə bağlı yaydığı bu xəbər düzgün deyil".

O, sözügedən şəxslə heç bir rəsmi danışığının olmadığını bildirib: "Mənə "ombudsman" adlandırılan bir şəxsi təqdim etdilər, nəzakətli biri olaraq onun əlini sıxdım, söylədiklərini dinlədim, verdiyi kağızları götürdüm və bir neçə dəqiqədən sonra söhbət başa çatdı. Mən qısa dəhliz söhbətindən sui-istifadə edilməsinə etirazımı bildirirəm. Hətta buna heç söhbət də demək olmazdı. Çünki mən yalnız qulaq asırdım. Aldığım məlumatlar münaqişə zonasında yaşayan hər bir insana məxsus vəziyyətlə bağlı olub. Buna bənzər vəziyyət Tanzaniya, Abxaziya, Cənubi Osetiyada da mövcuddur. Mən ermənilərin səhv məlumatlar yaymasından çox məyusam və nəzakətimdən bu cür sui-istifadə edilməsindən təəsüflənirəm".
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:4-10-2019, 21:03
Oxunub:28


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti