yüklənir...
yüklənir...

Məktəb direktoru: Dövlətimizin başçısının sosial sahəyə xüsusi önəm verməsi onun hər bir vətəndaşın yanında olduğunu göstərir

Dövlətimizin başçısının sosial sahəyə xüsusi önəm verməsi onun hər bir vətəndaşın yanında olduğunu göstərir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Ağdam rayonu Bənövşələr qəsəbəsi 2 nömrəli köçkün tam orta məktəbin direktoru, Respublikanın əməkdar müəllimi, tanınmış pedaqoq Tünzalə Vəliməmmədova bildirib.

Ölkəmizdə qaçqın və məcburi köçkünlərin dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu bildirən Ağdam sakini deyib: “Dövlətimiz tərəfindən məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün davamlı olaraq zəruri tədbirlər həyata keçirilir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində “Azərbaycanda bir dənə də olsun çadır düşərgəsi qalmayacaq” - deyən Prezident İlham Əliyev, bu vədini yerinə yetirdi. Bütün çadır düşərgələri ləğv edilərək, müasir qəsəbələr inşa olundu. Dövlət başçısının 2019-cu il 26 fevral tarixli Sərəncamına əsasən, məcburi köçkünlər üçün vahid aylıq müavinətin məbləğinin 2019-cu il aprelin 1-dən 50 faiz artırılması bu həssas təbəqədən olan insanlara qayğının daha bir göstəricisidir”.

T.Vəliməmmədova təhsil sahəsinin inkişafının Azərbaycanda prioritet istiqamətlərdən biri olduğunu, ölkəmizdə digər sahələrlə yanaşı, təhsilin inkişafına da böyük diqqət göstərildiyini bildirib. "Təhsil sahəsində aparılan islahatlar, reallaşdırılan Dövlət proqramları, imzalanan sərəncamlar bir daha təhsilin dövlət başçısının daim diqqət mərkəzində olduğunu göstərir. Prezidentin “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” və “Dövlət peşə təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılması haqqında” sərəncamları elm və təhsil işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasını təmin edəcək. Dövlətimiz tərəfindən müəllimin əməyinə verilən qiymətin, təhsilin inkişafına göstərilən qayğının nəticəsidir ki, məktəbimizin məzunları hər il ali məktəblərə keçirilən imtahanlarda uğurlu nəticələr göstərirlər. Bu il də məzunlarımızdan 11 nəfəri respublikamızın müxtəlif ali məktəblərinə qəbul olub. Onlardan bir nəfəri 600-dən, iki nəfər isə 500-dən çox bal toplayıb. Biz Ağdam ziyalıları Prezident İlham Əliyevin ölkəmizin inkişafına, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsinə yönələn siyasəti dəstəkləyir, əldə olunan uğurları yüksək qiymətləndiririk", - deyə Tünzalə Vəliməmmədova qeyd edib.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:28-09-2019, 08:53
Oxunub:73


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti