yüklənir...
yüklənir...

Olimpiya çempionumuz dünya çempionatında Azərbaycana ikinci medalı qazandırdı

Qazaxıstanın Almatı şəhərində keçirilən yeniyetmə cüdoçular arasında keçirilən dünya birinciliyi davam edir.

VETENPERVERLER.AZX xəbər verir ki, yarışların üçüncü günü Azərbaycan millisinin üzvü Vüqar Talıbov bürünc medal qazanıb.

73 kq çəki dərəcəsində mübarizə aparan yeniyetmələrin Olimpiya çempionu III yer uğrunda qarşılaşmada İtaliya təmsilçisi Luici Sentraççioya qalib gəlib. Bu, millimizin Almatı şəhərində qazandığı ikinci medal olub.

Xatırladaq ki, dünən Kamran Süleymanov (-60 kq) gümüş medala sahib olub. Qeyd edək ki, Qazaxıstanda keçirilən dünya birinciliyində 61 ölkədən 463 cüdoçu mübarizə aparır.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:27-09-2019, 17:55
Oxunub:36


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti