yüklənir...
yüklənir...

Azərbaycanlı tələbələr xaricdəki hansı universitetlərdə oxuyacaq? - RƏSMİ

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində, 2019/2020-ci tədris ili üzrə müvafiq təqaüd proqramları əsasında 250-ə yaxın azərbaycanlı tələbə xaricdə təhsil alacaq.

VETENPERVERLER.AZ xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Məlumatda qeyd edilib ki, Macarıstan üzrə 200 nəfər, Çin Xalq Respublikası üzrə 37 nəfər, Latviya üzrə 13 nəfər, Böyük Çin Səddi təqaüd proqramı üzrə bir nəfər, Rusiya (MGIMO) üzrə üç nəfər xaricdə təhsil almaq hüququ qazanıb:

“Azərbaycan Respublikası vətəndaşlarının xaricdə dövlət hesabına təhsili hazırda Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində həyata keçirilir. 2019/2020-ci tədris ilində Azərbaycan vətəndaşları sözügedən xətlə Macarıstan, Çin Xalq Respublikası, Latviya, Rumıniya, Rusiya (MGIMO), Qazaxıstan kimi ölkələrdə təhsil almaq hüququ qazanıb.

Qeyri-dövlət xətti ilə xaricdə təhsil alan Azərbaycan vətəndaşlarının Təhsil Nazirliyində qeydiyyatı aparılmadığından onların hansı ölkələri seçdikləri barədə məlumat verilməsi mümkün deyil.

Eyni zamanda, Təhsil Nazirliyi tərəfindən müxtəlif ölkələrin, təşkilatların fərdi qaydada elan etdiyi xaricdə təhsil imkanları barədə nazirliyin internet səhifəsində ayrıca elanlar (Türkiyə, Rusiya, Almaniya Serbiya, Yaponiya, Slovakiya, Koreya Respublikası, Çin, İsveç və s.) ictimaiyyətə təqdim edilir və yerli vətəndaşlar müxtəlif ölkələrin təqaüdlərindən yararlanır”.

Nazirlikdən bildirilib ki, HTP çərçivəsində təhsil almaq hüququ qazanan Azərbaycan vətəndaşları Macarıstan üzrə “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, "University of Szeged", Latviya üzrə “Riga Technical University”, “University of Latvia”, ” Latvia University of Agriculture”, “Riga Graduate School of Law”, Çin üzrə “Pekin University”, “University of Science and Technology Beijing”, “Shanghai University of Finance and Economics”, “Fudan University” kimi aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar.

“2018/2019-cu tədris ilinin sonuna olan məlumata əsasən yerli ali təhsil müəssisələrində 6500-ə yaxın əcnəbi tələbə təhsil alıb. Ölkədə təhsil alan əcnəbi tələbələrin böyük əksəriyyəti Türkiyə, İran, Rusiya, Gürcüstan, İraq, Pakistan, Türkmənistan, Banqladeş, Çin Xalq Respublikası və Nigeriya kimi ölkələrdən olmaqla 90-dan çox ölkənin vətəndaşlarıdır”, - deyə nazirlikdən qeyd edilib.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:25-09-2019, 09:52
Oxunub:40


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti