yüklənir...
yüklənir...

Ruhani sədası altında son mənzilə yola salınan işıqlı ziyalı

Azərbaycanın keçmiş TQDK sədri, bu gün vəfat edən Vurğun Əyyubla vida mərasimi keçirilir.

VETENPERVERLER.AZ-ın verdiyi xəbərə görə, hazırda öz yaşadığı evin önündə mağarlar qurulub və əraziyə keçmiş dostları, tanışları, ictimai xadimlər və onu sevənlər toplaşıb. Bir neçə dəqiqədən sonra V. Əyyubun cənazəsi evindən götürülərək dəfn olunması üçün Hövsan qəsəbəsində yerləşən qəbiristanlığa aparılacaq.

V. Əyyubun dostu Firudin Cəlilov onun haqda fikirlərini dilə gətirib: “Mən eşitmişdim ki, Vurğun Əyyub xəstədir, bu haqda status yazmaq istəyirdim, həmin an vəfat xəbəri gəldi. Çox sarsıldım. Bu gün dostları onu yola salmaq üçün bura toplaşıb. Vurğun bəyin ruhundan diləyim budur ki, haqqını bizə halal etsin. Şəxsən mən öz haqqımı halal edirəm”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı bildirib ki, insan dünyasını dəyişəndə ən böyük arzularından biri sevdikləri ilə sağollaşmasıdır: “Vurğun bəy son günlər sosial şəbəkələri izləyə bilirdisə, ona olan sevgi selini görə bilərdi. Vurğun bəy mənim mənəvi qohumumdur, yaxınımdır. Vurğun Əyyub Azərbaycan gəncləri üçün son dərəcə önəmli olan test sisteminin yaradıcısıdır. Bu 30 ildə nə işlər gördüyü barədə çox danışmaq olar, amma ən başlıcası test sistemidir. Bu gün dostları, qohumları, tanışları buradadır və Vurğun bəyi haqq dünyasına yola salırıq”.

Sabiq deputat İlyas İsmayılov da V.Əyyub haqda fikirlərini bölüşüb: “Vurğun Əyyub xalqını, millətini sevən bir şəxsiyyət idi. Onun bizim aramızdan tez getməsi hamımızı təəsüfləndirir”.

Vurğun Əyyubun vəsiyyətinə uyğun olaraq onun cənazəsi üzərində saz havası ifa olunub, sonra isə vidalaşmağa gələnlərin alqışları ilə qəbiristanlığa yola salınıb.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:24-09-2019, 23:00
Oxunub:122


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti