yüklənir...
yüklənir...

Atılan nəlbəki, qırılan qadın qüruru, sınan övlad qəlbi - Etibar Toğrul yazır

Ailənin problemi əgər ailədən kənara çıxıb ictimailəşirsə, demək bu cəmiyyətin problemidir.

Son günlər sosial şəbəkələrdə və xəbər portallarında ən çox müzakirə olunan məsələ AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının ailəsində yaranmış problemdi. Bu ailədaxili münaqişəni həmin ailənin qız övladı Selcan öz fecabook səhifəsində yazıb ictimailəşdirənə kimi bu ailə sirri olaraq qalırdı və heç kimində bunu müzakirə etməyə ixtiyarı çatmırdı.

Ancaq bu münaqişə ailə çərçivəsindən çıxaraq, cəmiyyətin probleminə çevrilib. Mən bu yazımda gender bərəbərliyinə, qadın hüquq və azadlıqlarına toxunmayacam. Zatən son günlər bu barədə çox danışılıb.

Mən məsələnin siyasi və mənəvi tərəflərinə toxunacam. Siyasi tərəf odurki, bu münaqişə özünü siyasətçi hesab edən, hakimiyyətə gəlib insanlara hürriyyət, fikir azadlığı, vətəndaşın hüquq və azadlıqlarına təminat verəcəklərini bəyan edən radikal müxalifət partiyasının sədr müavinin ailəsində baş verib. İnsanları meydanlara dəvət edib, insan azadlığından və bərəbərliyindən, hümanizim ideyalarından ağız dolusu danışan bu siyasibazlar öz ailələrində normal insan ola bilmirlər. Ailə üzvlərinin hüquq və azadlıqlarına hörmət etməyi bacarmırlar, onlara insan kimi rəhm edə bilmirlər. Sual olunur, hakimiyyət xülyasında olan bu siyasibazlar hakimiyyətə gələsi olsalar öz ailə üzvləri ilə davranış qaydalarını xalqla rəftaradamı şamil edəcəklər? Bunlar bu dünşüncə ilə, ailəyə kölə kimi baxmaq prinsipi ilə iqtidar olub xalqı bu prinsip ilə idarə etmək istəyirlər?

Azərbaycanın həm siyasi həyatı, həmdə müasir cəmiyyətimiz üçün utanc bir olay oldu bu münaqişə.

Məsələyə mənəvi tərəfdən yanaşanda, çox ürək göynədən nəticə çıxır ortaya. Azərbaycan ailəsində yazılmamış bir mental dəyər var. Qız övladının anaya nisbətən atanı daha çox istəməsi, daha çox dəyər verməsi, atanın üzülməməsi üçün yeri gəldikdə bütün mərhumiyyətlərə sinə gəlməyi bacarmaq təcrübəsi var. Atanın bir çox səhflərinə bahəm, qız övladları atalarına ideal kişi kimi baxırlar. Hətta bir çox qızlar ailə qurmaq yaşına çatanda ataları xarekterdə olan insanla ailə qurmağı xəyal edirlər. Ancaq, görün Fuad Qəhrəmanlı öz ailəsində nə qədər bağışlanmaz səhflər edib ki, qızları atalarından üz döndərib. Bu hal bizim ailə inistitu üçün bir utanc gətirən haldır.

Fuad Qəhrəmanlı ilk gün qeyd etdi ki, "Qızımın bu yazılardan xəbəri yoxdur. Kimsə başqa adam qızımın profilini ələ keçirdib, onun adından yazır." Sonra qızı video görüntü ilə cəmiyyətə müraciət edərək, fikirləri özü yazdığını qeyd etdi. Bundan sonra Fuad Qəhrəmanlı bir neçə il əvvəl ailəsində münaqişə olduğunu etiraf etmək məcburiyyətində qaldı. Dünən isə, etiraf etdi ki, nəlbəkini xanımına atdıqda təsadüfən qızın dizinə dəyib.

Bu etirafdan sonra sözün bitdiyi yerdi... Atılan nəlbəki ailənin xanımına yox, Selcanın dizinə dəyir və dizi qırılır. Zaman ötür, Selcanın qırılan dizi sağalır. Ancaq nəlbəkinin tuşlandığı qadının qüruru qırılır və bir daha sağalmır. Gözləri önündə anasını aşalayan, qürurunu qıran Selcanın isə ata dediyi məxluqa qarşı qəlbi sınır və bir daha sağalmır.

Bax əsl ailə faciəsi budur...
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:23-09-2019, 13:25
Oxunub:224


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti