yüklənir...
yüklənir...

Qazaxıstanda dünyamiqyaslı Beynəlxalq Ədliyyə Forumu keçirildi

18 sentyabr 2019-cu ildə Qazaxıstanda “Ədliyyənin idarəolunması: qlobal tendensiyalar və müsbət təcrübələr” adlı Beynəlxalq Ədliyyə Forumu keçirildi.

Tədbir Beynəlxalq Hakimlər Assosiasiyası və Beynəlxalq Məhkəmə İdarəçiliyi Assosiasiyası ilə Qazaxıstanın Ali Məhkəməsi tərəfindən təşkil edildi. Təntənəli keçirilən bu dünyamiqyaslı beynəlxalq iclasda 118 ölkəni 1100-dən çox iştirakçı təmsil etdi.

Onların sırasında Serbiya, Gürcüstan, Moldova, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və digər dövlətlərin Ali Məhkəməsinin sədrləri və sədr müavinləri, ABŞ, Sinqapur, Yaponiya, İngiltərə, İtaliya, Fransa, Səudiyyə Ərəbistanı və digər ölkələrin Ədliyyə Nazirliklərinin vəzifəli şəxsləri, habelə dövlət məmurları və ədliyyənin sahəsi üzrə nüfuzlu beynəlxalq ekspertlər öz təcrübələri ilə bölüşdülər.


İclasda dünyada ədalət mühakiməsinin həyata keçirilməsi, məhkəmə sisteminin təşkil olunması, məhkəmə fəaliyyətində informasiya texnologiyalarının tətbiqi, ədliyyənin düzgün idarəolunması ilə bağlı qarşıda duran vəzifələr, ədliyyəyə olan qlobal təhdidlər və onların həlli yolları ətrafında geniş müzakirələr aparıldı.

Qürurverici haldır ki, tədbirin açılışını və birinci hissənin moderatorluğunu həmyerlimiz Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ - SEPEJ) prezidenti hakim Ramin Qurbanov apardı.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:23-09-2019, 11:42
Oxunub:62


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti