yüklənir...
yüklənir...

Saxta iddia olunan idman dərəcələri ilə bağlı - RƏSMİ MÖVQE

Beynəlxalq Sindo-Ryu və Pençak Silat Federasiyasının adından çap edilmiş dərəcə diplomları Gənclər və İdman Nazirliyi tərəfindən tanınır.

Bu barədə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mümayəndəsi Oruc Məmmədli VETENPERVERLƏR.AZ-a açıqlamasında bildirib.

Bu günlərdə redaksiyamıza Beynəlxalq Sindo-Ryu və Pençak Silat Fedarasiyasının Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi Abbas Hünbətov tərəfindən bir neçə idmançıya müxtəlif dərəcəli diplomlar verildiyi və bu diplomların saxta olması haqqında məlumat daxil olmuşdu.

Bu barədə hazırladığımız ilk yazıdan sonra Abbas Hümmətov redaksiyamıza zəng edərək, sözügedən diplomların saxta olmadığını və onun bu diplomların verməsi üçün Beynəlxalq Sindo-Ryu və Pençak Silat Fedarasiyası tərəfindən ona tam səlahiyyət verildiyini bildirdi. Abbas Hümmətov israrla bildirdi ki, bu diplomlar beynəlxalq federasiya tərəfindən təstiq edilmiş normativlər əsasında verilir və bu diplomlar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən də tanınır.

Bu məsələni araşdirmaq məqsədi ilə Gənclər və İdman Nazirliyi İdman İdarəsinin məsul işçısi Oruc Məmmədlinin də mövqeyini öyrəndik. Oruc müəllim, bu mübahisəli məsələni öz tərəfindən araşdirdığını və Abbas Hümmətov tərəfindən öz yetirmələrinə verdiyi dərəcə diplomlarında hər hansı saxtakarlıq aşkar etmədiyi üzə çıxdiğını bildirdi.

Oruc Məmmədli onu da bildirdi ki, Abbas Hümmətova beynəlxalq federasiya tərəfindən verilmiş səlahiyyət daxilində burada idmançılardan dərəcə imtahanları götürüb və həmin imtahanların nəticəsi olaraq idmançılara öz imzası ilə diplomlar təqdim edib. Bu diplomlar isə Gənclər və İdman Nazirliyi tərəfindən tanınır.

Bu diplomlara görə idmançılaradan alınan pullar nə qədər qanunidir? - sualımıza Oruc Məmmədlinin cavabı belə oldu: "O pullardan bizim xəbərimiz yoxdu. Əgər bu diplomlara görə pul verilibsə, bu heç bir rəsmi sənədlə təstiq edilməyib. Ola bilsin, bu rusumlar öz federasiyalarının daxili büdcəsinə yönəlib. Bu diplomlar üçün dövlət rusumu nəzərdə tutulmayıb."

Bu mövzuda araşdimalarımız davam edir.
Bizi izləyin!

Saxta iddia olunan idman dərəcələri  ilə bağlı -  RƏSMİ MÖVQEскачать dle 10.6фильмы бесплатно
>

Tarix:20-09-2019, 11:06
Oxunub:123


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti