Bu gün Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçiriləcək.
VETENPERVERLER.AZ xəbər verir ki, öllkəmizi turnirdə təmsil edən “Qarabağ” da meydana çıxacaq.
Ağdam təmsillçisi Bakıda çətin sınaq qarşısındadır. Qurban Qurbanovun komandası Avroliqanın beşqat qalibi – bu göstəricidə mütləq rekordçusu “Sevilya”nı qəbul edəcək. "Qarabağ"ın La Liqanın hazırkı liderinə qarşı necə mübarizə aparacağı maraqla gözlənilir.
A qrupunun digər oyununda APOEL öz meydanında “Düdelanj”ı sınağa çəkəcək.