yüklənir...
yüklənir...

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hekayə müsabiqəsi elan edir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə vətənpərvərlik mövzusunda hekayə müsabiqəsi elan edilir.

Müsabiqənin şərtləri:

Təqdim olunan hekayələrin mövzusu hərbi vətənpərvərlik ideyasının təbliği, gənclər…
Tarix: 2019-09-02 09:21:33
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 8-ci ildönümü münasibətilə vətənpərvərlik mövzusunda hekayə müsabiqəsi elan edilir.

Müsabiqənin şərtləri:

Təqdim olunan hekayələrin mövzusu hərbi vətənpərvərlik ideyasının təbliği, gənclər arasında hərbi xidmətə çağırış ruhunun yüksəldilməsi və cəmiyyətdə səfərbərlik hazırlığının aşılanması istiqamətində olmalıdır;
Müsabiqəyə təqdim olunmuş hekayə yeni əsər olmalı, əvvəllər heç bir yerdə çap edilməməlidir;
Hər bir iştirakçı müsabiqəyə 1 hekayə təqdim edə bilər;
Hekayənin həcmi 10000 (on min) işarəyədək (probellə) olmalıdır;
Müsabiqəyə təqdim olunan hekayələr təbliğat, maarifləndirmə məqsədi ilə Xidmətin nəşrlərində istifadə edilə bilər;
Müsabiqə üçün hekayələr 2019-cu ilin sentyabr ayının 2-dən 2019-cu ilin dekabr ayının 15-dək elektron formada [email protected] ünvanına göndərilməlidir. Müəllifin özü haqqında məlumatları (adı, soyadı, atasının adı, yaşadığı ünvan, iş yeri) və əlaqə nömrələrini göstərməsi zəruridir;
Müsabiqədə 29 yaşadək gənclər iştirak edə bilər.
Əlavə məlumat almaq üçün aşağıdakı ünvana müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, Z.Əliyeva küçəsi, 30.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inzibati binası.

Əlaqə telefonu: 493-06-52.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:18-09-2019, 22:20
Oxunub:70


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti