yüklənir...
yüklənir...

“Sevilya”nın baş məşqçisi: “Real”ı yox, “Qarabağ”ı düşünürük

Əlbəttə ki, Bakıya gəlmiş İspaniya klubları haqda məlumatım var. “Qarabağ”ın heyətində güclü yerli və əcnəbi oyunçuların olması rəqiblər üçün qələbəni çətinləşdirir. Həmin vaxt “Qarabağ” digər klubların da işlərini çətinləşdirmişdi.

BAKU.NEWS xəbər verir ki, bunu “Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi deyib.

O, Bakıda keçirilən mətbuat konfransında “Qarabağ”la keçiriləcək görüş barədə danışıb: “Sabah bütün çətinliklərə baxmayaraq, qələəb qazanmağa çalışacağıq. Bizim düşündüyümüz sadəcə bir oyun var, o da “Qarabağ”la matçdır. Sabah avrokuboklarda mövsümdə ilk oyunumuz olacaq. Bütün gözləntilərin qarşılığını verəcəyik. Ən yaxşı heyəti meydana buraxacağıq. Əgər dəyişiklik olsa, sabah biləcəyik. Təbii ki, bəzi dəyişikliklər baş verə bilər. Bütün atlara birdən minmək mümkün deyil. Yalnız bir ata minmək istəyirik. Bütün diqqətimizi “Real”la çempionat oyununa yox, sabahkı görüşə yönəltmişik”.

Qeyd edək ki, “Qarabağ” – “Sevilya” matçı sabah saat 20:55-də başlayacaq.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:18-09-2019, 20:05
Oxunub:57


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti