yüklənir...
yüklənir...

Ağdam 1 nömrəli orta məktəbin dünəni və bu günü - İKİNCİ YAZI

Ötən yazımda qeyd etdiyim kimi, müəllim kimi çalışdığım Ağdam 1 nömrəli köçkün orta məktəbin şanlı və qürurverici bir tarixi var. Bu gün köçkünlük şəraitində də olsa təcrübəli pedaqoq Çimnaz Kərimovanın rəhbərliyi altında məktəbimiz öz uğurlarını ilbə-il artırır. Belə ki, ötən tədris ilinin əvvəlində məktəb üzrə 320 nəfər şagird 17 sinif komplektində təhsilə cəlb edilmişdir. Onların 2 nəfəri əqli cəhətdən, 6 nəfəri isə fiziki cəhətdən sağlamlıq imkanı məhduddur. II yarımildə şagird sayı 332 nəfər olmuşdur.

Müasir dövürdə məktəbdə yönəldilən sosial tələblər tamamilə yenilənmişdir. Məktəbimizin tərbiyə iləri üzrə direktor müavini Arzu Quliyevanın gərgin zəhməti və uğurlu fəaliyyəti nəticəsində ötən tədris ilində çoxlu sayda tədbirlər həyata keçirilmişdi. Azərbaycan Respublikasının Konstutsiyasının, Təhsil Haqqında qanunun, ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsi, şagirdlərin təlim-tərbiyəsi və təhsili ilə bağlı Azərbaycan Respublikasının prezidentinin fərman və sərəncamları, Təhsil Nazirliyinin habelə yerli Təhsil orqanlarının əmr və göstərişlərini rəhbər tutaraq təhsilin inkişafında bilik və bacarığımı əsirgəməyib.

2018-2019 tədris ili əvvəlində məktəbimizdə aşağıdakı dərnəklər və fakultativ məşğələlər fəaliyyət göstərib.

Dərnəklər:
1. Fizika “Cazibə”
2. Kimya “Kimyaçılar”
3. İngilis dili “Mən dil öyrənirəm”
4. Təsvirincəsənət “Bacarıqlı əllər”
5. İngilis dili “Mən ingilis dilin sevirəm”
6. Tarix “Tarix şəxsiyyətlər yetişdirir”
Dərnəklərdə iştirak edən şagirdlərin sayı 61 nəfərdir.

Məkyəbimizin direktoru Çimnaz Kərimovanın rəhbərliyi və tərbiyə işləri üzrə direktor müavini Arzu Quliyevanın təşkilatçılığı ilə 2018-2019-cu birinci yarım ilinə qədər keçirdiyimiz tədbirlərin Təhsil Nazirliyinin əmrləri əsasında qrafik planı, fənn müəllimləri və sinif rəhbərləri tərəfindən hazırlanıb və məktəb rəhbəri tərəfindən təsdiq edilmişdir.

Təhsil Nazirinin müvafiq əmrinin 3-cü bəddinə əsasən Məktəbdə 2018-2019-cu dərs ilinin ilk dərs məşğələsi ibtidai siniflərdə “Vətənim Azərbaycan” V-IX siniflərdə “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu” X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti –dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunmuşdur.
Əmrin 4-cü bəndinə əsasən məktəbimizdə hər iş həftəsində pedaqoji və şagird heyəti tərəfindən Azərbaycanın Dövlət Himninin ifası ilə başlanılır.

Azərbaycan Respublikasının Təhsil Naziri Ceyhun Bayramov 14 avqust 2018-ci il F-550 əmrə əsasən Ümumtəhsil məktəblərində 2018-2019-cu tədris ilinin ilk dərs məşğələsi ibtidai siniflərdə “Vətənim Azərbaycan” , V-IX siniflərdə “Dövlət rəmizləri”-müstəqilliyimizin sinvolu,X-XI siniflərdə “Azərbaycan xalq Cumhuriyyəti”-Dövlətçiliyimizin Bayraqdarı mövzusuna həsir olunması haqqında məlumat verilmişdir.

Bundan əlavə olaraq Ümumtəhsil məktəbində müvafiq mövzular üzrə ilk dərs məşğələsinin səmərəli və yadda qalması üçün dərslərdə müharibə və əmək veteranlarının iştirak etməsi nəzərdə tutulur. Buna əsasən 17.09.2018-ci il tarixində məktəbimizdə “İlk dərs ” günü Qarabağ müharibəsi veteranı Balakişiyev Elman Telman oğlu və Mehdiyev Rəhim Ataş oğlu və sabiq məzunlardan Əzizov Xəzər Əjdər oğlu, Əliyev Ramil İlham oğlu iştirak etmişdirlər.

5 Oktyabr –Müəllimlər günü ilə bağlı keçirilən tədbirdə şagirdlərə hər il bu günü yəni 5 oktyabr bütün dünyada –Beynəlxal müəllimlər günü kimi qeyd olunduğunu məhs bu günü bütün müəllimlərin qeyd etməsin şagirdlərin nəzərinə çatdırırıq .Şagirdlər müəllim adını vəsf edən şeirlər söylədilər.

18 Oktyabr - Dövlət müstəqilliyi günü Müstəqillik günü ilə bağlı tədbirlər bu günün bizim üçün unudulmaz və müqəddəs bir gün olduğunu qeyd edərək, Azərbaycanın siyasi azadlığa, milli müstəqiliyyə imza atıldığı gün kimi qeyd edildiyi şagirdlərin nəzərinə çatdırıldı. Bu gün öz bayrağımız öz himmnimiz və dünyanı heyran edən öz dövlət müstəqilliyimiz və uğurlarımız var.

9 Noyabr Bayraq günü ilə əlaqəddar olaraq 07.11.2018-ci il tarixdə IIIa sinifində bayraq gününə həsr olunmuş rəsm müsabiqəsi keçirildi. Bu müsabiqədə uşaqlar öz rəsm qabiliyyətlərini nümayiş etdirdilər. Rəsmlərində “Lələ təpə”ni, vətənimizi qoruyan əsgərlərimizi və bayrağımızı təsvir etmişdilər. Yarışda qaliblər münsüflər tərəfindən bəyənildi və mükafatlandırıldı.

20 Yanvar ümumxalq hüzn günü- ilə bağlı keçiriləcək olan tədbirimizə faliyyət planı tərtib edərək, həmin faliyyət planına uyğun olaraq sinif rəhbərlərinə və UBTR-i Q.Əhmədovaya tapşırıqlarımı və təkliflərimi çatdırdım. İlk növbədə tədbirimizdə 20 Yanvar şəhid kəlməsin bütün tarixi məzmunu ilə şagirdlər çəkdikləri rəsmlərdə əks etdirdilər. Şagirdlər arasında rəsm və şeir müsabiqəsi keçirildi. 20 Yanvar şərəf və qürur günümüz başlığı altında məruzələr, şagirdlərin İlham və Fərizəyə aid və törədilən faciəyə həsr olunmuş şeirlər söylədilər. Biz hamımız bu tarixi etibarıilə bizdən uzaqlaşsada ağrı –acı olaraq il-ildən yaşlanan 20 Yanvar faciəmizi anmaq üçün canlarını müstəqilliyimiz yolunda qurban verən həmvətənlərimizi yada salmaq, müqəddəs ruhlarına əbədi ehtramımızı bildirmək üçün toplaşdığımızı qeyd edərək 20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsada bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifəsində birini təşkil etdiyini tədbir iştirakçılarına çatdırıldı.Tədbirimiz 21.01.2019-cu ildə keçirilmişdir.


Azərbaycan Respublikası Təhsil Nazirliyinin 12.02.2019-cu il tarixli F-78 №li əmrinə əsasən Xocalı soyqırımının 27-ci il dönümü ilə əlaqədar müvafiq tədbirlərin həyata keçirilməsi məqsədilə 278 №li 13.02.2019-cu il tarixli məktəbimizin direktoru Çimnaz Kərimova əmr imzaladı. Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar hazırlanmış tədbirlər planı təsdiq edildi. Tədbirimiz 26.02.2019-cu ildə keçirildi. Neçə illərdir Azərbaycan tarixinin qara səhifəsi adlandırılan və bu səhifə qanlı iz buraxan əsrin ən böyük faciəsi olan Xocalı soyqırımını heç bir azərbaycanlı unutmur və unutmayacaq, unutdurmayacaq şuarı altında şagirdlərimiz şerlər söylədi, səhnələr göstərildi. Şagirdlərmiz çəkdikləri rəsmləri nümayiş etdirdilər.

15.03.2019-cu il tarixində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Azərbaycan dilində şerin ilk gözəl nümunələrini yaradan öz mütərəqqi fikirlərini yüksək bədii dillə ifadə etməyi bacaran qüdrətli sənətkara həsr olunmuş tədbirimiz çox möhtəşəm keçdi. Yenə də həmişə olduğu kimi bu tədbirimizdə də qonaqar iştirak etdi. Xudu Məmmədov mərkəzinin rəhbəri Vasif Quliyev və təhsil şöbəsinin nümayəndələri də iştirak edirdi. Bu il Nəsimi ilidir, yəni “Dövr onun, dövran onun dövranıdı” başlığı altında şagirdlərimizin bir -birindən gözəl səhnələri möhtəşəm bir tablo sərgilədi.İstedadlı şagirdlərimizin ifasında Nəsimi filmindən müxtəlif səhnələr səhnələşdirilmişdir. Nəsiminin “Hardasan”, ”Yanaram”, ”Etmə gil”, ”Məndə sığar iki cahan” qəzəli səsləndirildi. Mövzuya uyğun geniş və hər tərəfli çıxışlar səsləndirildi. Sonda Rəsul Rzanın Nəsimiyə həsr etdiyi poema əssasında “Son gecə” səhnəciyi nümayiş etdirildi.

2 parel 2019 cu il tarixində aprel döyüşləri ilə əlaqədar olaraq “Zəfər günü” adlı tədbirimiz keçirildi. Tədbirimizdə iştirak edən şagird və müəllim kollektivi Cocuqmərcanlı kəndində Azərbaycan bayrağını əzəmətlə dalğalandıran qəhrəman oğulların şərəfli döyüş yolundan danışdılar. Məktəbimizin idman müəllimi Mehdiyev Rəhim çıxış edərək ilkin mərhələdə 50 ailə, sonra 70 ailənin yurd yuvasına köçürüldüyündən bəhs etdi. Sonra bildirdi ki, aprel döyüşlərində Azərbaycan ordusunun keçirdiyi uğurlu əks hücum hərbi əmıliyyatı nəticəsində strateji əhəmiyyti olan yüksəklikləri ordumuz tərəfindən azad edilmiş, Azərbaycan bayrağı Lələtəpə yüksəkliyində dalğalandırılmışdır. Sonra məktəb şagirdlərinin hazırladığı ədəbi kompozisiya nümayiş etdirildi.

Ümumilli liderimiz Heydər Əliyevin 96 cı il dönümü münasibəti ilə silsilə ekskursiyalar təşkil edildi. Bunlardan biri də 03.05.2019 cu il tarixiində Ağdam rayon Heydər Əliyev mərkəzinə ekskursiya oldu. Şagirdlər H.Əliyev muzeyində Ümumilli Liderimizin həyatına, keçirdiyi şərəfli ömür yoluna aid müxtəlif məlumatlar topadılar. Şagirdlər muzeydə gördükləri bütün ekspanatların Ümumilli Liderimiz H.Əliyevin xalqı üçün, vətəni üçün nə qədər gözəl işlər gödüyünün şahidi oldular. Bir daha əmin oldular ki, biz əgər müasir məktəblərdə oxuyuruqsa, açıq səma altında xoşbəxt yaşayırıqsa bu ilk növbədə Ümumilli Liderimiz H.Əliyevə və oun davamçısı prezidentimiz İlham Əliyevin sayəsindədir.

Ötən tədris ilinin yekununa görə məzunlarımızdan aşağıda adların qeyd etdiyim 9 nəfəri müxtəlif ixtisas qrupları üzrə qəbul imtahanlarında iştirak etmiş və hər biri ali məktəblərə qəbul olmuşlar.
1) Səlimli Həcər Fəqan qızı - 587 bal, BDU-nin hüquq fakültəsi.
2) Əliyeva Bilqeys Elşad qızı - 505 bal, ADU-nin ingilis dili müəllimliyi fakültəsi.
3) Nağıyeva Lalə Zaur qızı - 355 bal, QDU-nin Azərbaycan dili-ədəbiyyat müəllimliyi fakültəsi.
4) Əsədli Pərviz Habil oğlu - 274 bal, BTU-nin turizm və menecment fakültəsi.
5) Ələkbərov Samir Elmir oğlu - 260 bal, MDU-nun maliyyə kredit fakültəsi.
6) Məhərrəmova Mənzər Bəxtiyar qızı - 260 bal, OYU-nin məktəbəqədərhazırlıq fakültəsi.
7) Muradova Zülfiyyə İsmixan qızı - 250 bal, MDU-nin biznesin idarəedilməsi fakültəsi.
8) Əliyeva Əsmər Elşən qızı - 190 bal, MDU-nin texnologiya mühəndisliyi fakültəsi.
9) Mənsimov Azər Xalid oğlu - 180 bal, GDU-nin biznesin idarəedilməsi fakültəsi.

Bu günə qədər qazandığımız naliyyətləri məktəbimizin pedaqoji kollektivi gələcəkdə də davam etdirmək əzmindədir.

Ağdam 1 nömrəli orta məktəbin dünəni və bu günü - İKİNCİ YAZI
Ülkər Səmədova,
Ağdam rayon 1 saylı köçkün orta nəktəbin ingilis dili müəllimi.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:18-09-2019, 11:03
Oxunub:206


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti