yüklənir...
yüklənir...

Türkiyədə “Mübariz zirvəsi”nə yürüş təşkil olunub

Türkiyə respublikası İqdır vilayətində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun adının əbədiləşdirildiyi “Mübariz zirvəsi”nə yürüş təşkil olunub.

VETENPERVERLER.AZ-ın xəbərinə görə, izdihamlı yürüşdə Azərbaycanın İqdır vilayətindəki Baş konsulu Nuru Quliyev və konsulluq əməkdaşları, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç, vilayətdə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Yüşür iştirakçıları əllərində Azərbaycan və Türkiyə bayraqları ilə Mübariz İbrahimovun adını daşıyan “Mübariz yol”unu qəth edərək zirvəyə doğru yol alıblar. Onlar, bölgənin Ağrı dağından sonra ikinci böyük dağı hesab olunan və Tuzluca rayonunda yerləşən Təkaltı dağının zirvəsinə axşam saatlarında çatıblar.

“Mübariz zirvəsi”nə hər iki qardaş ölkənin uzunluğu 10 metr olan bayraqları və Mübariz İbrahimovun portreti yerləşdirilib. Konsul Nuri Quliyevin təklifi ilə şahmat formasında hazırlanan ay-ulduzlu bayraqlar zirvəyə xüsusi gözəllik verib.

Qeyd edək ki, alpinistlərin ən çox fəth etdiyi Təkaltı dağının cənub zirvəsinə ötən il Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu (AKUD) tərəfindən Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.

Türkiyədə “Mübariz zirvəsi”nə yürüş təşkil olunub
Türkiyədə “Mübariz zirvəsi”nə yürüş təşkil olunub
Türkiyədə “Mübariz zirvəsi”nə yürüş təşkil olunub
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:16-09-2019, 23:45
Oxunub:170


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti