yüklənir...
yüklənir...

Ermənistanın baş naziri: “Sarqsyanın kürəkəni barəsində tezliklə cinayət işi başlayacaq”

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın kürəkəni və ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyana qarşı bu yaxınlarda ittiham irəli sürüləcək.

VETENPERVERLER.AZ “rusarminfo”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 16-da Vandzorda keçirdiyi mətbuat konfransında bildirib.

O, M.Minasyanın S.Sarqsyanın bu yaxınlarda həbs ediləcəyi ilə bağlı verdiyi bəyanatı şərh edərkən deyib: “Ermənistandakı strateji obyektlərdən birini özəlləşdirdiyi üçün Mikael Minasyana qarşı bu yaxınlarda cinayət işi başlayacaq. Mən onun bu bəyanatını bu məsələ ilə əlaqələndirirəm. Görünür, o, bununla bağlı informasiya əldə edib. Minasyan hesab edir ki, Sarqsyana qarşı ifadə verəcək. Onun ifadəsi əsasında Sarqsyan həbs ediləcək. Mən ona Ermənistana qayıdıb Xüsusi İstintaq Komitəsinə ifadə verməyi məsləhət görürəm. O, çoxlu sayda obyektin sahibidir. Bu obyektlər isə adı sizə tanış olmayan bir qadının adına qeydiyyatdan keçirilib”.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:16-09-2019, 20:42
Oxunub:48


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti