yüklənir...
yüklənir...

Usama bin Ladenin oğlu öldürüldü

Dünyanın ən məşhur terrorçularından biri, “Əl Qaidə” terror təşkilatının keçmiş lideri Usama bin Ladenin oğlu Hamza bin Laden öldürülüb.

“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama yayıb.

Trampın sözlərinə görə, ABŞ silahlı qüvvələrinin Pakistan və Əfqanıstanda apardığı əməliyyatlar nəticəsində məhv edilən terrorçulardan biri də Hamza bin Ladendir.

ABŞ dövlət başçısı hesab edir ki, kiçik bin Ladenin ölümü təşkilatın fəaliyyətinə böyük zərbə vuracaq, eyni zamanda terroçuların onun atası ilə “mənəvi əlaqəsi”ni aradan qaldıracaq.

Qeyd edək ki, Hamza bin Ladenin ölümü ilə bağlı yayda məlumat yayılsa da, ABŞ rəsmiləri bunu təsdiqləməmişdi.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:14-09-2019, 19:44
Oxunub:73


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti