yüklənir...
yüklənir...

Qənirə Paşayeva Tovuzda fəal gənclərlə görüşündə onları tariximizi, Qarabağ həqiqətlərini dərindən öyrənməyə və təbliğ etməyə çağırıb

Millət vəkili Qənirə Paşayeva Tovuzda fəal gənclərlə görüşüb və ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə geniş fikirlərini söyləyib.


Millət vəkili bildirib ki, gənclər zamanlarının xeyli böyük bir hissəsini sosial şəbəkələrdə çox zaman lazımsız, mənasız əyləncələrə sərf edirlər və bu hamımızı ciddi narahat etməlidir. Uşaqların və gənclərin doğru istiqamətləndirilməsi istiqamətində ailələrlə bərabər, məktəb və bütün cəmiyyətin üzərinə böyük vəzifələr düşür deyən Q.Paşayeva geniş maarifləndirmənin önəmini xüsusi vurğulayıb və bu məsələdə fəal gənclərin üzərinə böyük vəzifələr düşdüyünü deyib.

Millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə çağırıb. O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Azərbaycanın təbliğinə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb. Dövlətin, millətin inkişafının gənclərlə bağlı olduğunu söyləyən deputat qeyd edib ki, Azərbaycanın güclənməsi xalqımızın güclənməsi deməkdir. Millət vəkili tələbələrə dil bilgilərindən yararlanaraq Azərbaycanın haqq səsini sosial media vasitəsi ilə dünyaya daha fəal çatdırmağı tövsiyə edib.

Q.Paşayeva dövlətçiliyimizin möhkəmlənməsi və inkişafında gəncliyin rolundan geniş bəhs edib. Q.Paşayeva şagirdləri yaxşı təhsil almağa, xalqımız, dövlətimiz naminə gələcəkdə səmərəli fəaliyyət göstərmək üçün hazırlaşmağa səsləyib. Erməni diasporu, lobbisi və dəstəkçilərinin Azərbaycan əleyhinə təbliğat apardığını deyən millət vəkili bütün gəncləri duyarlı olmağa, yalanlara qarşı mübarizəyə səsləyib, gəncləri sosial media üzərindən yalan məlumatlarla Azərbaycan əleyhinə təbliğat aparanlara qarşı ciddi mübarizəyə səsləyib.

Millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. O, gənclərimizi sosial şəbəkələrdə keçirdikləri zamanı əylənməyə deyil, oxumağa, öyrənməyə, Qarabağ həqiqətlərinin daha çox yayılmasında iştirak etməyə və ölkəmizə qarşı yalan, böhtan kompaniyalarına qarşı mübarizəyə sərf etməyə çağırıb: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”. Millət vəkili Q.Paşayeva gəncləri daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”- deyən millət vəkili Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar.

Qənirə Paşayeva onlara özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib. Millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir. Gəncləri tariximizi dərindən öyrənməyə çağıran millət vəkili Qənirə Paşayeva onlara Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi soyqırımlar, vandalizm aktları, beynəlxalq təşkilatların ikili standartları ilə bağlı geniş məlumatlar verib və bildirib ki, hər bir Azərbaycan gənci bunları əzbər bilməlidir.

Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verilişlərə ayırmamağa çağırıb: “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir.” Gəncləri xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili Qənirə Paşayeva gəncləri maraqlandıran sualları da cavablandırıb. Kitabı ən qiymətli hədiyyə adlandıran millət vəkili Qənirə Paşayeva tədbirin sonunda gənclərə Azərbaycan tarixini özündə əks etdirən önəmli kitablar hədiyyə edib.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:7-09-2019, 14:16
Oxunub:78


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti