yüklənir...
yüklənir...

Ermənistandan Qarabağa növbəti qanunsuz səfər

Ermənistanın təhlükəsizlik şurasının katibi Armen Qriqoryan qanunsuz olaraq işğal altındakı Azərbaycan ərazilərinə gəlib.

VETENPERVERLER.AZ bununla bağlı erməni mediasına istinadən xəbər verir.

Məlumata görə, 6 sentyabrda Qriqoryan qondarma rejimin oyuncaq “prezident”i Bako Saakyanla görüşüb.

Görüşdə separatçı rejimin oyuncaq “təhlükəsizlik şurasının katibi” Arşavir Qaramyan da iştirak edib. Görüşdə təhlükəsizliklə bağlı bir sıra məsələlərin müzakirə edildiyi bildirilsə də, erməni rəsminin Azərbaycan ərazilərinə qanunsuz səfərini zəruri edən səbəblər açıqlanmayıb.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:6-09-2019, 18:42
Oxunub:83


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti