yüklənir...
yüklənir...

General-leytenant Kərim Vəliyev: "Bu, döyüş hazırlığının təmin edilməsinin zəruri şərtlərindən biridir"

VETENPERVERLER.AZ xəbər verir ki, bu sözləri Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, 2019-cu tədris ilinin hazırlıq planına əsasən ideoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərlə keçirilən seminarda çıxış edərkən deyib.

General-leytenant Kərim Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu işinə, ordunun döyüş qabiliyyətinə, onun şəxsi heyətinin döyüş və vətənpərvərlik ruhuna daim yüksək qiymət verdiyini bildirib.

Hərbi hissələrdə intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən fəaliyyətlər və bu sahədə ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinlərinin üzərinə düşən vəzifələrdən danışan nazir müavini bildirib ki, toplantıya cəlb olunan zabit heyəti bundan sonra da öz vəzifə borclarını məsuliyyətlə yerinə yetirəcək, Ali Baş Komandanın və Müdafiə nazirinin şəxsi heyət qarşısında qoyduğu vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün var qüvvələrini əsirgəməyəcəklər.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:30-08-2019, 22:54
Oxunub:51


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti