yüklənir...
yüklənir...

Zaman keçdikcə uşaq pulu, ünvanlı sosial yardımlar daha təkmilləşdirilmiş formalarda təşkil ediləcək

"Azərbaycanda aparılan uğurlu sosial siyasətin əsas göstəricilərindən biri də il ərzində minimum əmək haqqının iki dəfə 40 faizə qədər artırılmasıdır. Prezidentin seçkilərdən sonra qarşıya qoyduğu hədəflərin əsasını bilavasitə, ölkədə sosial siyasətin gücləndirilməsi, əhalinin orta və aşağı təbəqəsinin sosial müdafiəsinin möhkəmləndirilməsi mexanizmi təşkil edir. Azərbaycanda uşaqların sosial müdafiəsi ilə bağlı aparılan siyasət ilbəil genişləndirilərək daha səmərəli şəkildə aparılır. Ölkə başçısının ortaya qoyduğu müvafiq konsepsiyadan irəli gələn vəzifələrin içərisində prioritet məsələlərdən biri uşaqların sosial rifahının daim yaxşılaşdırılmasıdır".

Bunu mətbuata açıqlamasında iqtisadçı ekspert Pərviz Heydərov deyib.

O bildirib ki, hazırda ölkəmizdə uşaqların sosial müdafiəsi ilə bağlı aparılan siyasət bütün sahələri əhatə edir. P.Heydərov 2006-cı il yanvarın 1-dən başlayaraq bu günə qədər Azərbaycanda aparılan sosial siyasətin yeni hədəflərə doğru genişləndirilməsini vurğulayıb: "Azərbaycanda daha əvvəllər də əhalinin rifahının yaxşılaşdırılması istiqamətində sosial islahatlar aparılıb. Lakin ötən il və cari ildən bu istiqamətdə görülən işlərə daha çox diqqət ayrılıb. 2006-cı ildən Azərbaycan Respublikasında "Ünvanlı dövlət sosial yardımı haqqında" Qanun qüvvəyə minib. Qanun layihəsi çərçivəsində aztəminatlı ailələrə sosial yardımların ödənilməsinə başlanılıb. Uşaq pulları, əmək pensiyaları, ünvanlı sosial yardımların məbləğinin artırılması, əlilliyi olan şəxslər üçün ayrılan pensiyaların məbləğinin artırılması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sosial paketin içərisində ən önəmli məqamlardan biridir. Bu məsələləri ayrı-ayrılıqda şərh etmək doğru deyil. Çünki dövlətdən ünvanlı sosial yardım alan ailələrin böyük əksəriyyətində yetkinlik yaşına çatmamış uşaqlar üstünlük təşkil edir.

Prezident İlham Əliyev öz çıxışlarında sosial istiqmətlərdə çoxsaylı islahatların keçirilməsi ilə bağlı əhəmiyyətli fərman və sərəncamlar imzalayıb. Həmin göstərişlər nəticəsində ölkədə atılan addımlar uşaqların nə dərəcədə böyük dövlət qayğısı ilə əhatə olunmasını göstərir".

Ekspert onu da əlavə edib ki, Azərbaycanda uşaqların sosial müdafiəsinin ünvanlı və əhatəli olmasını vurğulamağa əsas verən məqamlar var:

"Aprel ayının 1-dən etibarən yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata qaldırılıb. Çoxuşaqlı ailələrə (5-dən çox uşağı olan) hər uşağa görə verilən müavinət 33 manatdan 55 manata, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar üçün müavinətin məbləği 82 manatdan 150 manata çatdırılıb. Onu da qeyd edim ki, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara qulluq edənlər üçün Prezidentin aylıq 50 manat təqaüdü təsis edilib. Bütün bunlar ölkədə uşaqların sosial müdafiəsinin hansı dərəcədə əhatəli olduğundan xəbər verir.

Sadəcə olaraq burada bir məsələ var. Bəzən deyirlər ki, bütün ailələrə uşaq pulu təyin edilməlidir. Mən deyərdim ki, dövlət bu məsələdə daha səmərəli istiqamət seçib. Dövlət tərəfindən verilən uşaq pulu sosial yardım deyil, özünüməşğulluq proqramı da sosial yardımın bir növüdür. Sosial yardımların maliyyə sarıdan hansı formada daha səmərəli olduğuna baxsaq, razılaşarsınız ki, özünüməşğulluq daha üstündür. Zaman keçdikcə uşaq pulu, ünvanlı sosial yardımlar daha təkmilləşdirilmiş formalarda təşkil ediləcək. Bunun şahidi olacağıq.

Əhaliyə hər hansı formada verilən sosial yardımlar özünüməşğulluq proqramı ilə əvəz edilir. Əhalinin sadəcə ən həssas qrupuna - uşaqlara, sağlamlıq məhdudiyyəti olan azyaşlılara dövlət qayğısı kimi maliyyə vəsaiti ayrıla bilər. Amma fiziki qabiliyyəti yüksək olan əhaliyə dövlət qayğısı olaraq sosial yardım verilməsi siyasəti tədricən geridə qalacaq. Dövlət öz dəstəyini ədalətli olaraq, maksimum maddi durumu aşağı səviyyədə olan ailələrə istiqamətləndirir. Bundan sonra dövlətin uzun illərdir apardığı sosial siyasət yeni formalarda daha səmərəli şəkildə gerçəkləşdiriləcək.

Yuxarıda sadaladığımız müavinətlər və onların artımını görməzdən gəlmək və dövləti qınamaq doğru olmaz. İndiki şəraitdə bunun daha da inkişaf etdirilməsi məqsədəuyğundur. Bu gün Azərbaycanda ailələrin sosial müdafiəsində istifadə olunan bir çox proqramlar mövcuddur ki, onlardan biri özünüməşğulluq proqramıdır. Mən bu proqramın daha da inkişaf etdirilməsini məqsədəuyğun hesab edirəm".
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:30-08-2019, 21:50
Oxunub:143


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti