yüklənir...
yüklənir...

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib

UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

VETENPERVERLER.AZ xəbər verir ki, Monakoda baş tutan tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın rəqibləri müəyyənləşib. Ağdam təmsilçisi "Sevilya" (İspaniya), APOEL (Kipr) və "Düdelanj" (Lüksemburq) birgə A qrupuna düşüb.

A qrupu: "Sevilya" (İspaniya), APOEL (Kipr), "Qarabağ" (AZƏRBAYCAN), "Düdelanj" (Lüksemburq)

B qrupu: "Dinamo" (Kiyev, Ukrayna), "Kopenhagen" (Danimarka), "Malmö" (İsveç), "Luqano" (İsveçrə)

C qrupu: "Bazel" (İsveçrə), "Krasnodar" (Rusiya), "Xetafe" (İspaniya), "Trabzonspor" (Türkiyə)

D qrupu: "Sportinq" (Portuqaliya), PSV (Hollandiya), "Rusenborq" (Norveç), LASK (Avstriya)

E qrupu: "Latsio" (İtaliya), "Seltik" (Şotlandiya), "Renn" (Fransa), ÇFR (Kluj, Rumıniya)

F qrupu: "Arsenal" (İngiltərə), "Ayntraxt" (Frankfurt, Almaniya), "Standard" (Lyej, Belçika), "Vitoriya" (Gimaraynş, Portuqaliya)

G qrupu: "Portu" (Portuqaliya), "Yanq Boyz" (İsveçrə), "Feyenoord" (Hollandiya), "Reyncers" (Şotlandiya)

H qrupu: MOİK (Moskva, Rusiya), "Lüdoqorets" (Bolqarıstan), "Espanyol" (İspaniya), "Ferentsvaroş" (Macarıstan)

I qrupu: "Gent" (Belçika), "Volfsburq" (Almaniya), "Sent-Etyen" (Fransa), "Aleksandriya" (Ukrayna)

J qrupu: "Roma" (İtaliya), "Borussiya" (Mönxenqladbax, Almaniya), "İstanbul Başakşehir" (Türkiyə), "Volfsberq" (Avstriya),

K qrupu: "Beşiktaş" (Türkiyə), "Braqa" (Portuqaliya), "Vulverhempton" (İngiltərə), "Slovan" (Bratislava, Slovakiya)

L qrupu: "Mançester Yunayted" (İngiltərə), "Astana" (Qazaxıstan), "Partizan" (Serbiya), AZ (Alkmaar, Hollandiya),


Qeyd edək ki, qrup mərhələsinin oyunları 19 sentyabr, 3 oktyabr, 24 oktyabr, 7 noyabr, 28 noyabr və 12 dekabrda keçiriləcək.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:30-08-2019, 16:28
Oxunub:43


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti