yüklənir...
yüklənir...

"Qarabağ" qalib gəldi və UEFA qrupuna vəsiqə qazandı

Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulucaq.

VETENPERVERLER.AZ xəbər verir ki, keçiriləcək 21 oyunla qrup mərhələsinə yüksələn komandalar bəlli olacaq.

Turnirdə ölkəmizi təmsi edən “Qarabağ” da cavab matçına çıxacaq. Ağdam təmsilçisi Bakıda Şimali İrlandiyanın “Linfild” klubunu qəbul edəcək.

Səfərdə gözlənilmədən rəqibinə 2:3 hesabı ilə uduzan Qurban Qurbanovun komandası mərhələni keçmək üçün mütləq qalib gəlməlidir. “Qarabağ”a 1:0 hesablı qələbə də bəs edir.


29 avqust

Avropa Liqası

Pley-off mərhələsinin cavab oyunu

20:00. “Qarabağ” (Azərbaycan) - “Linfild” (Şimali İrlandiya) 2-0
Qol: Xayme Romero, 6, Abdullah Zubir, 89
Baş hakim: Sergey İvanov (Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:29-08-2019, 23:49
Oxunub:106


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti