yüklənir...
yüklənir...

Türk politoloq: Erməni diasporunun Moskvadakı iğtişaşlarda əli var

Rusiyadakı erməni diasporunun Moskvada iğtişaşlarla müşahidə olunmuş qanunsuz mitinqlə birbaşa əlaqəsi var.

BAKU.NEWS xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Akit” qəzeti yazır.

Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə kompleksləri alması Ermənistanda və erməni diasporunda narazılıq doğurub. Diasporun nümayəndələri iyulun 27-dəki iğtişaşlarda fəal iştirak ediblər. Nəşr qeyd edir ki, həmin gün təqribən 30 erməni nümayişçi saxlanılıb.

27 iyul mitinqi Moskva hakimiyyəti ilə razılaşdırılmamışdı. Aksiyanın keçirilməsi üçün formal səbəb bəzi müxalifətçilərin etibarsız imzaların sayının artıq olmasına görə Moskva Şəhər Dumasına namizədliklərinin qeydiyyata alınmaması olub.

Maraqlıdır ki, etirazçılar qışqıraraq “Yerevandakı kimi istəyirik!” şüarları da səsləndiriblər. Bu, Rusiyada etiraz aksiyaları zamanı “Yerevan”, “Ermənistan” sözlərinin səsləndiyi ilk belə hal deyil. Məsələn, ötən ilin mayında Rusiyadakı mitinqlərdə “Ermənistandakı kimi istəyirik!” şüarları səslənib. Xatırladaq ki, Ermənistanda məhz 2018-ci ilin yazında “məxməri inqilab” baş vermişdi.

“Sütçü İmam” Universitetinin professoru, türkiyəli politoloq Toğrul İsmayıl Media.Az-a açıqlmasında bildirib ki, Türkiyə qəzetindəki məqalə müəllifin mövqeyini əks etdirir, lakin bu yaxınlarda Moskvadakı iğtişaşlarda erməni izinin olmasını iddia etmək üçün müəyyən əsaslar var:

“Ermənistandakı kimi istəyirik” və ya “Yerevandakı kimi istəyirik” şüarları təsadüfən səslənmir. Rusiyadakı erməni diasporu fəaldır və güclüdür. Onun daxilində Rusiyanın siyasətindən narazı olanlar, Prezident Vladimir Putinin əleyhdarları da var”.

Onun sözlərinə görə, Türkiyə hakimiyyəti, şübhəsiz ki, dünyada baş verən hadisələri diqqətlə izləyir:

“Belə məqalənin ortaya çıxması hər halda təsadüfi deyil. Bu, həm də, bir növ, Vladimir Putinə gizli dəstəkdir. Digər tərəfdən, bununla Moskvaya göstərməyə çalışırlar ki, o, sinəsində təxribatçını – Ermənistanı himayə edir”.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:2-08-2019, 18:04
Oxunub:62


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti