yüklənir...
yüklənir...

"Qarabağ" 3-0 qalib gələrək növbəti mərhələyə adladı

"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununda qalib gələrək 3-cü mərhələyə adladı.

BAKU.NEWS-un məlumatına görə, Ağdam klubu "Dalğa Arena"da İrlandiya çempionu "Dundalk"ı qəbul edib.

Dublindəki ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Qurban Qurbanovun komandası ev qarşılaşmasında qələbə qazanıb, 3-cü təsnifat mərhələsinə yüksəldi. "Qarabağ" növbəti raundda Kiprin APOEL klubu ilə üz-üzə gələcək.

"Qarabağ" (Azərbaycan) - "Dundalk" (İrlandiya) - 3:0
Qollar: Xayme Romero, 12, Ailton Silva, 76, Xayme Romero, 87
Baş hakim: Sveyn Moen
İlk oyun - 1:1
Bakı, "Dalğa Arena" stadionu
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:1-08-2019, 01:01
Oxunub:94


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti