yüklənir...
yüklənir...

“Qarabağ” İrlandiya çempionu ilə duelə çıxır - APOEL qalibi gözləyir

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunu çərçivəsində beş oyun keçiriləcək.

VETENPERVERLER.AZ xəbər verir ki, bu görüşlərdən biri Bakıda baş tutacaq.

“Qarabağ” İrlandiyada keçirilən ilk görüşdə 1:1 hesabı ilə bərabərə qaldığı “Dandolk” klubunu bu dəfə Bakıda “Dalğa Arena”da qəbul edəcək.

Saat 21:00-da başlayacaq görüşün hakimi norveçli Sveyn Moen olacaq.

Qeyd edək ki, “Qarabağ” mərhələ keçəcəyi halda, ötən gün Monteneqronun “Sutyeska” klubuna 3:0 hesabı ilə qalib gəlmiş Kipr APOEL-i ilə qarşılaşacaq. Nikosiya klubu vaxtilə iki dəfə digər təmsilçimiz “Neftçi”yə rəqib olub.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:31-07-2019, 10:07
Oxunub:80


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti