yüklənir...
yüklənir...

Dağıstan Dövlət Universitetində əməliyyat: rektor saxlanıldı

Dağıstan Dövlət Universitetinin rektoru Murtuzəli Rabadanov saxlanılıb.

VETENPERVERLER.AZ xəbər verir ki, məlumata əsasən, Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları universitetdə yoxlamalara başlayıb. Rektorun otağındakı sənədlər ələ keçirilib.

Əməliyyatın təfərrüatı və rektora qarşı ittihamlar hələ ki açıqlanmır.

Rəsmi qurumlar bu barədə şərh verməyib.

Daxili İşlər Nazirliyi isə xəbəri nə təsdiq, nə də inkar edir.

Qeyd edək ki, 57 yaşlı M.Rabadanov 2000-ci ildən bu institutda işləyir. 2008-ci ildən isə rektor vəzifəsində çalışır.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:31-07-2019, 10:03
Oxunub:64


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti