yüklənir...
yüklənir...

Prezident icra başçısını işdən çıxardı - Paylaşdığı videoya görə

Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Şımkent meri Qabidulla Əbdürrəhimovu Londonda çəkdiyi videosuna görə vəzifəsindən azad edib.

VETENPERVERLER.AZ xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb. Əbdürrəhimov İnstaqramda paylaşdığı videosunda Londonu dünyanın paytaxtı adlandıraraq “Qazaxıstanda yaşayıb-işləyəsən, ancaq bütün planeti gəzəsən” deyib. İcra başçısının bu sözləri izləyicilərin kəskin etirazına səbəb olub. Əbdürrəhimov yaltaqlıqda ittiham olunub.

Prezident administrasiyası meri etimadı doğrultmadığı üçün işdən azad etdiyini açıqlayıb. Həmçinin, məmurlara xalqın əsl xidmətçisi olmaq və buna uyğun davranmaq tapşırılıb.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:31-07-2019, 10:01
Oxunub:67


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti