yüklənir...
yüklənir...

Bu gün mətbuatın qızıl qələmçisinin ad günüdür

Bu gün "Qızıl qələm" mükafatçı Vetenperverler.Az xəbər portalının baş direktoru Etibar Toğrulun 46 yaşı tamam olur.

Jurnalist, publisist Əliyev Etibar Хasay oğlu (Etibar Toğrul) 27 iyul 1973-cü ildə Ağdam şəhərində anadan olub.
İlk məqaləsi 12 yaşı olarkən Ağdamda çıxan keçmiş "Lenin yolu" qəzetində dərc edilib. Müхtəlif vaхtlarda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin orqanı olan "Gənclik press", "Elita" qəzetlərinin redaktoru, "Yeni Gənclik" qəzetinin və "Dünyaya Qarabağ Harayı" beynəlxalq jurnalının baş redaktoru olub.
2008-ci ildə "Hüquqi Cəmiyyət" qəzetini təsis etmiş və həmin qəzetin təsisçisi və baş redaktoru olmuşdur.
Hal-hazırda “Vetenperverler.Az” xəbər portalının baş redaktoru, Azərbaycan Alpaqut Federasiyasının baş katibi vəzifələrində çalışıb.
On kitab müəllifidir. 2010-cu ildə "Qızıl qələm" mükafatına layiq görülüb.
Ailəlidir, 2 övladı və iki nəvəsi var.
Etibar müəllim sizə möhkəm can sağlığı, uzun ömür, işlərinizdə və ailənizdə yeni-yeni uğurlar arzulayırıq. Ad gününüz mübarək! 80 -100 ilinizi vərəqlədikcə bizlərlə olasınız.
Həmişə üzündə təbəssüm. həyatınızdan sevinc sevgi, əeksik olmasın. Qələminiz iti olsun!

Yeganə Telmanqızı
“Vetenperverler.Az”скачать dle 10.6фильмы бесплатно
>

Tarix:27-07-2019, 19:08
Oxunub:64


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti