yüklənir...
yüklənir...

Sərhəddə təxribat: Erməni snayperləri yük maşınını atəşə tutdu

Dövlət Sərhəd Xidməti (DSX) Ermənistan mətbuatının Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində atəşkəs rejiminin pozulması barədə yaydığı məlumata münasibət bildirib.

DSX-nin məlumatına əsasən, təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfi atəşkəs rejimini pozmaqla növbəti təxribat törədib:
“Düşmən snayperləri tərəfindən döyüş mövqelərimizdən arxa istiqamətdə hərəkətdə olan “KamAZ” markalı hərbi yük maşını atəşə tutulub, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib. Düşmən snayperinin atəş nöqtəsi cavab atəşi ilə susdurulub”.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttinin xidmət apardıqları sahəsində əməliyyat şəraitinə tam nəzarət etdiyi qeyd olunur.

Bizimlə əlaqə saxlayınскачать dle 10.6фильмы бесплатно
>

Tarix:27-07-2019, 15:28
Oxunub:33


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti