yüklənir...
yüklənir...

Ağdamlılar doğma torpaqlarının işğaldan azad edilməsi üçün hər an silaha sarılmağa hazırdırlar

Azərbaycanın dilbər guşələrindən olan Ağdamın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən 26 illiyi ilə əlaqədar rayonun girişindəki Şəhidlər abidə kompleksi qarşısında ümumrayon anma mərasimi keçirilib.

VETENPERVERLER.AZ xəbər verir ki, rayon ictimaiyyəti, əmək kollektivlərinin nümayəndələri, şəhid ailələrinin üzvləri, Qarabağ əlilləri və müharibə iştirakçıları, hərbçilər abidə kompleksi önünə gül-çiçək dəstələri düzərək, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edənlər Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Elman Məmmədov, Qarabağ müharibəsi əlilləri və veteranları Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasətindən danışıblar. Bildiriblər ki, Ermənistanın Qarabağın dağlıq hissəsini işğal etmək məqsədilə 1988-ci ilin fevralından başladığı müharibənin əsas çətinlikləri Ağdam rayonunun, onun əhalisinin üzərinə düşüb. Qarabağ müharibəsinin bütün ağrılarını çiyinlərində daşıyan Ağdam düşmənə qarşı 5 illik savaşda 6 mindən çox şəhid verib, torpaqlarımızın müdafiəsi uğrunda fədakarlıq göstərmiş Ağdamlılardan 16 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Çıxışlarda vurğulanıb ki, ağdamlılar doğma torpaqlarının işğal altında qalması ilə heç vaxt barışmayacaqlar. Onlar respublikamızın ərazi bütövlüyü uğrunda Ali Baş Komandanın əmri ilə erməni faşistlərinə qarşı silaha sarılmağa hər an hazırdırlar. Tədbir Ağdam Dövlət Dram Teatrının hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:23-07-2019, 15:31
Oxunub:47

MİLLİ QƏHRAMANLAR
Xəbər lenti