yüklənir...
yüklənir...

Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır

Bu gün Bakıda XV Avropa Gənclər Yay Olimpiya Festivalı başlayır.
Vetenperverler.Az xəbər verir ki, yeddi gün davam edəcək yarışda 48 ölkənin gənc idmançıları qüvvəsini sınayacaq.

Avropa Olimpiya Komitələrinə (AOK) üzv olan 50 ölkədən yalnız ikisi festivalda təmsil olunmayacaq. Bunlar Ermənistan və Lixtenşteyn yığmalarıdır.

Digər 48 ölkədən 3900-a yaxın nümayəndə heyəti yarışın iştirakçısı olacaq. Onların çoxu artıq Bakıdadır və yarışın startını gözləyirlər.

14-18 yaşlı atletlər idmanın on növü - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.

Festivalda 135 dəst medal sahibini tapacaq. Bu məqsədlə ümumilikdə 946 mükafat hazırlanıb. Onlardan 300-ü qızıl, 300-ü gümüş, 346-sı bürüncdür.

Qeyd edək ki, festivalın açılış mərasimi bu gün keçiriləcək. Saat 20:00-da start götürəcək tədbir “Crystal Hall”da təşkil ediləcək. İştirakçı ölkələrin keçəcəyi paradda Azərbaycan komandasının bayraqdarı cüdoçu Vüqar Talıbov olacaq. İyulun 27-dəki bağlanış mərasimi də eyni məkana, eyni saata təsadüf edəcək. скачать dle 10.6фильмы бесплатно
>

Tarix:21-07-2019, 02:38
Oxunub:48


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti