yüklənir...
yüklənir...

Mənim oğlum Vətən yolunda şəhid oldu

Aidə Miriyeva- Telman dünyasına dəyişənə qədər yalnız Vətəninə, xalqına xidmət etdi, Vətənini, xalqını, dövlətini sevdi.
Cəlilabad rayonunun Günəşli kəndində Polkovnik-letenant Telman Miriyevin ata ocağının qonağı oldum.Qapının üstündə qürurverici üç rəngli bayrağımız dalğalanırdı. Məni Xanımgül ana qarşıladı və evə dəvət etdi. Xanımgül ananın və Mirbaba atanın Telman haqqında ilk sözləri bu oldu: ”Mənim oğlum Vətən yolunda şəhid oldu.”
Vətən yolunda şəhid olan Polkovnik-leytenantımızı sizdə tanıyın: 1981-ci ildə iyul ayının 19-da Cəlilabad rayon Günəşli kəndində Xanımgül ananın və Mirbaba kişinin ailəsində beşinci övladları dünyaya gəlir. Təbiətən çox sakit, mehriban ailə sevən və zəhmətkeş bir oğlan olur Telman. 1987-ci ildə Günəşli 2 saylı tam orta məktəbin birinci sinifinə daxil olur.Dərs əlaçısı və müəllimlərinin sevimlisi olan Telman kənd orta məktəbinin yeddinci sinifini bitirdikdən sonra 1995-ci ildə C.Naxçıvanski adına məktəbdə, daha sonra isə Ali Hərbi Akademiyada oxuyub. Telman zabit kimi ilk olaraq Gəncə şəhərində N saylı hərbi hissədə işə başlayıb. Sonra bir il Amerikada kurs keçib. Telman Miriyev Ağdam, Bərdə və Bakıda zabit kimi işləyib və 2016-ci ildə Aprel döyüşlərində fəal iştirak edən zabitlərimizdən biri olub. Aprel döyüşlərində ki şücayətinə görə mərhum zabitimiz Polkovnik-leytenant rütbəsi alır. Telman Miriyev Respublika üzrə Xüsusi təyinatların istehkamşı komandir vəzifəsində çalışmışdır. Tez-tez təlimlərdə olurdu. O, yüzlərlə tələbələr yetişdirmişdir. Telmanın böyük qardaşı Mehman da Qarabağ müharibəsi veterandı.
2016-ci il 27 oktyabr saat 16:00 radələri... Azərbayca Silahlı Qüvvələri öz polkovnik-leytenantını faciəvi şəkildə itirdi. Belə ki, Cəlilabad rayon Günəşli kəndindən olan polkovnik-leytenant Telman Mirbaba oğlu Miriyev Masallının Mahmudavar kəndində hərbi poliqonlardan birində praktiki məşqlər zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində 35 yaşında dünyasını dəyişir. Cəlilabad rayonu Günəşli kənd qəbirsanlığında dəfn olunub. 2008-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 90 illiyi, 2010-cı ildə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, 2013-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyi, 25 iyun 2014-cü ildə “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, elə həmin ildə mayor rütbəsində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirdiyinə görə “Vətən uğrunda” medallarla və fərqləndiyinə, hərbi təhsil sahəsində xidmətlərinə görə dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir.
Aidə xanımla ailəli idi Zeynəb adlı bir qızıda var.
Xanımgül anaya Telman haqqında danışmaq çətin olsada öz qısa müsahibəsində bunları bildirdi: -Qızım Telmanın atası traktorçu olub.Övladlarımızı kasıbçılıqla böyütmüşük. Telman çox ailəcanlı, valdeyn sevən, bacı-qardaş sevən əsl Vətən oğlu idi. Telman hamının yanında xətirli, hörmətli bir oğul idi. Yenə şükür Allaha ki, oğlumuz Vətən yolunda, xalqı yolunda həlak olub. Bu gün dövlətimizdən bir ana kimi əsas isdəyim oğlumuza şəhid adının verilməsidir.
Telman Miriyevin ömür gün yoldaşı Aidə xanım “Vetenperverler.Az” sayıtının əməkdaşına öz müsahibəsində dedi:
-Yeganə xanım Telman mənim üçün əvəzolunmaz bir şəxs idi. Mən onunla altı il ailəli oldum və mənim həyatıma o qədər xoşbəxt günlər bəxş etdiki çox xoşbəxt idim onunla... Onunla keçirtdiyim altı il bir ömürə bərabər oldu. Telman bu gündə mənim yanımdadır onun yoxluğunu heç cürə qəbul etmirəm. Mənə elə gəlir ki, o uzaq səfərə gedib və nə vaxtsa qayıdıb gələcək. Bu gün bu ümidlərlə, bu təsəllilərlə yaşayıram. Dünyaya bir dəfə də gəlsəydim yalnız telmanı seçərdim. Onun mənə əmanət etdiyi Zeynəb balamıza hər gün atası kimi mərd, Vətənin, xalqını, ailəsini sevməyi tövsiyə edirəm. Isdəyirəm ki, övladımız onun adına layiq bir övlad olsun. Azərbaycan oğluna yaraşan bütün xüsusiyyətlər Telmanda cəmləşmişdi. Nümunəvi ailə başçısı, nümunəvi ata, valdeynlərinə xüsusi hörməti olan bir övlad, bacı-qardaşlarına dəyər verən bir qardaş idi Telman. O Vətəni üçündə mərd bir oğul oldu. Dünyasına dəyişənə qədər yalnız Vətəninə, xalqına xidmət etdi. Vətənini, xalqını, dövlətini sevdi!!! Vətənini ailəsindəndə, övladındanda artıq istədi canını qurban etdi. O dünyasını dəyişəndə övladımızın 5 yaşı var idi lakin, buna baxmayaraq qızımızın yaddaşında çox gözəl xatirələrlə qaldı Telman . Dövlətimizdən ən böyük xahişim budur ki, ona şəhidlik adı verilsin, bu ad onun halal qıymətidir. O bu dövlət üçün canını qurban verdi. Telmanın zəhməti çox oldu çalışdığı hərbi hissələrdə. O yüzlərlə əsgərə, gizirə təlimlər keçdi, Vətənini, xalqını sevməyi öyrətdi.
Evə girəndə qapıda gözəl, totuş, əsgər geyimində bir qızcığazla qarşılaşdım. Bu Telman Miriyevin 8 yaşlı qızı Zeynəb Miriyeva idi. O da öz xatirələrini, ürək sözlərini bizimlə bölüşdü.
–Atam mənim yaddaşımda bu gündə gözəl bir insan kimi qalıb. Mən atamı çox isdəyirdim o da məni çox isdəyirdi. O tez-tez məni gəzməyə aparırdı, nə isdəyirdimsə alırdı mənə. O mənə həmişə deyirdi ki, ağıllı, yaxşı qız ol, heç kimə cavab qaytarma, gələcəydə dərslərini yaxşı oxu. Atamın ən böyük arzu məni həkim görmək idi. Mən bu arzunu gələcəkdə mütləq reallaşdıracam. Mən dövlətimidən, prezidentimiz İlham Əliyevdən isdəyimi budur ki, atama şəhidlik adı verilsin. Şəhidlər haqqında televizyalarada tez-tez danışırlar, isdəyirəm ki, atamda onların sırasında olsun. Atama şəhidlik adı, şəhidlik statosu verilsin.
Əlbətddə bu gün Vətən, Xanımgül ana, Mirbaba ata Telman kimi oğul, dörd bacı iki qardaş Telman kimi qardaş, Zeynəb balamız Telman kimi ata, Aidə xanım Telman kimi ömür gün yoldaşı itirib. Telman Miriyev şəhid, Milli Qəhrəman adını almağa layiq bir Vətən oğludur.
Qəhrəman yaranmır, qəhrəman doğulur.
Polkovnik-Leytenant Telman Miriyevin qızı Zeynəbin Prezidentə müraciəti: – “Atama şəhid adı verilsin!”

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

Mənim oğlum Vətən yolunda şəhid oldu
Mənim oğlum Vətən yolunda şəhid oldu
Mənim oğlum Vətən yolunda şəhid oldu
Mənim oğlum Vətən yolunda şəhid oldu
Mənim oğlum Vətən yolunda şəhid oldu

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:20-07-2019, 19:52
Oxunub:133


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti