yüklənir...
yüklənir...

Etibar Toğrul Milli Mətbuat Günü münasibəti ilə təltif edilib

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) Azərbaycan Mətbuat Şurası ilə birgə keçirdiyi 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş jurnalist yazıları müsabiqəsinə yekun vurulub.

Bu gün MPK-nın ofisində qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Tədbiri açan MPK prezidenti İlqar Rəhimov bütün jurnalistləri qarşıdan gələn 22 iyul - Milli Mətbuat Günü münasibəti ilə təbrik edib. O qeyd edib ki, Azərbaycanda paralimpiya hərəkatının təbliğində mətbuatın rolu danılmazdır. Jurnalistlərin əlil idmançılar barədə mütəmadi olaraq hazırladıqları reportajlar cəmiyyətdəki stiqmaları aradan qaldırır, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya olunmasında mühüm rol oynayır.

MPK prezidentinin sözlərinə görə, komitə də jurnalistlərin əməyini stimullaşdırmaq məqsədi ilə Mətbuat Şurası ilə birlikdə jurnalist yazıları müsabiqəsi elan edib. Müsabiqəyə müxtəlif mətbuat orqanlarından 10 yazı daxil olub. Yazılar xüsusi yaradılmış münsif heyəti tərəfindən qiymətləndirilib.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov öz çıxışında Azərbaycanda Mətbuat Gününün əhəmiyyətindən söz açıb. Onun sözlərinə görə, 144 il öncə Həsən bəy Zərdabi Azərbaycanda ilk mətbuat orqanını yaratmaqla Azərbaycan xalqını dünyanın sivil xalqları səviyyəsinə qaldırdı. Bir çox xalqlar bizdən uzun illər sonra mətbuata sahib oldular. Bu hadisə Azərbaycan tarixində olduqca mühüm əhəmiyyətə malikdir.

Mətbuat Şurasının sədri mətbuatın paralimpiya hərəkatına dəstəyinin əhəmiyyətindən söz açıb. Onun sözlərinə beynəlxalq yarışlarda Azərbaycan bayrağını zirvələrə qaldıran insanların fəaliyyətini təbliğ etmək hər bir jurnalist üçün qürurlu işdir.

Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) Azərbaycan Mətbuat Şurası ilə birgə keçirdiyi 22 İyul - Milli Mətbuat Gününə həsr olunmuş jurnalist yazıları müsabiqəsi barədə danışan Əflatun Amaşov qeyd edib ki, bu cür tədbirlər ölkəmizdə paralimpiya hərəkatının təbliği ilə yanaşı, jurnalistlərin əməyini də stimullaşdırır.

Daha sonra müsabiqənin qalibləri elan olunub. Qeyd edilib ki, münsiflərin qiymətləndirməsinə əsasən müsabiqədə ilk yeri Faktor.Az saytının əməkdaşı Orxan Əliyevin “Əlillərin idman vasitəsi ilə cəmiyyətə inteqrasiya olunması” mövzusunda yazdığı məqalə (məqalənin linki aşağıda) qazanıb. İkinci yerə “Trend” İnformasiya Agentliyinin əməkdaşı Vüqar İmanovun eyni mövzuda yazdığı (məqalənin linki aşağıda) ikinci yerə, “Kaspi” qəzetinin əməkdaşı Aygün Əhmədovanın yazdığı məqalə (məqalənin linki aşağıda) isə üçüncü yerə layiq görülüb.

MPK prezidenti İlqar Rəhimov bildirib ki, komitə il boyu paralimpiya hərəkatının təbliğinə dəstək göstərən jurnalistləri də diqqətdən kənarda qoymayıb. Onun sözlərinə görə, 9 nəfər jurnalistə hədiyyə və təşəkkürnamələrin verilməsi də nəzərdə tutulub.

Onlar Milli.Az xəbərlər saytının baş redaktoru Anar İmanov, Baku.News saytının baş redaktoru Etibar Toğrul, “Report” İnformasiya Agentliyinin əməkdaşı Təbriz Quliyev, Oxu.az saytının əməkdaşı Səbuhi Musayev, AzərTac Dövlət İnformasiya Agentliyinin əməkdaşı Səxavət Quliyev, “Kaspi” qəzetinin əməkdaşı Sahib Əsədbəyli, Qalanews.az saytının əməkdaşı Nərmin Kazımova, Allsport.az saytının əməkdaşı Kamran Hacı və Azerisport.az saytının əməkdaşı Vüqar Zeynalovdur.

Qaliblərə mükafatlar təqdim olunduqdan sonra Azərbaycanda paralimpiya hərəkatının təbliğinə dəstək göstərən jurnalistlərə də hədiyyələr və təşəkkürnamələr təqdim olunub.

скачать dle 10.6фильмы бесплатно
>

Tarix:19-07-2019, 19:22
Oxunub:248

MİLLİ QƏHRAMANLAR
Xəbər lenti