yüklənir...
yüklənir...

Ərdvoğan: NATO xoşbəxt olmalıdır ki, Türkiyə S-400 alıb

NATO Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına görə xoşbəxt olmalıdır. Çünki alyansın üzvü və NATO-nun özü daha da güclənəcək.
“Habertürk” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı bildirib ki, S-400-lərin əldə olunması NATO-ya güclü təsir edəcək:

“Alyans bundan xoşbəxt olmalıdır. Əgər NATO-da 3-5 ən güclü üzv ölkə varsa, onlardan biri Türkiyədir. Regionumuzda isə Türkiyə NATO-nun ən güclü dayağıdır. Yəni bu, həm də alyansı gücləndirəcək”.

Qeyd edək ki, Rusiyadan göndərilən S-400 zenit-raket kompleksləri bu gündən etibarən Türkiyəyə çatdırılıb.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:14-07-2019, 22:47
Oxunub:56


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti