yüklənir...
yüklənir...

Şəkidə ağac altında qalan 4 nəfər helikopterlə Bakıya göndərilib

Şəkidə Xan Sarayında irigövdəli ağacın budağının qırılması nəticəsində xəsarət alan yaralılardan dörd nəfər helikopter vasitəsilə Bakıya göndərilib

Səhiyyə Nazirliyinin məlumatına əsasən, İlkin Məmmədova ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınığı, Sara Hasana sağ bud sümüyünün qapalı travması çanaqda, Farik Hasana sol incik sümüyünün sınığı, Al Hasan Samirəyə ağ baldır sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub və helikopterlə Bakıya Kliniki Tibbi Mərkəzə göndəriliblər.

Sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok vəziyyətində olan Xatirə Ağamalıyevanın isə Təcili Tibbi Yardım avtomobili ilə Travmatologiya İnstitutuna aparılması müzakirə olunur.

Digər xəsarət alan Elxan Məmmədova onurğanın qapalı travması diaqnozu qoyulub və Şəki MRX-də müalicəsi davam etdirilir. Vəziyyəti orta-ağır qiymətləndirilir. Digər şəxslərə tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:14-07-2019, 22:39
Oxunub:62


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti