yüklənir...
yüklənir...

Yalçın Rzazadənin səhhəti ilə bağlı son durum

Bir müddətdir səhhəti pisləşən xalq artisti Yalçın Rzazadə hazırda həkim nəzarəti altındadır.
Vetenperverler.Az Kult.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Aydın Mirzəzadə qeyd edib.

O, xalq artistinə zəng edərək hal-əhvalını soruşduğunu bildirib:

“Müalicəyə başladığını, həkim nəzarətində olduğunu bildirdi. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın onun müalicəsini nəzarətə götürməsindən çox razı qaldığını və humanistliyinə və insanlara qayğısına görə ona çox-çox təşəkkür etdiyini söylədi”.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl ürəyində və öd kisəsində problemlər yaranan Y.Rzazadə qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya yerləşdirilmişdi.скачать dle 10.6фильмы бесплатно
>

Tarix:14-07-2019, 00:02
Oxunub:61


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti