yüklənir...
yüklənir...

Bu gün Aprel döyüşlərində son verdiyimiz şəhid Seymur Baxışovun doğum günüdür.

Aprel döyüşləri qəhrəmanlığımızın böyük səlnaməsidir. Bu səlnamənidə “Aprel şəhidləri” öz qəhrəmanlıqları ilə yazdılar. Seymur Qulamhüseyn oğlu Baxışov 1987-ci il 12 iyul Sumqayıt şəhərində sadə, mədəni, vətənpətvər və hərbiçi ailəsində evin son beşiyi dünyaya gəlir. Onun atası və qardaşı hərbiçi idi. O, Sumqayıt şəhər 41 saylı məktəbəqədər tərbiyə müəsəsində tərbiyə alır. Çox dəcəl, olduqca da səliqəli bir uşaq idi. 1994-cü ildə Sumqayıt şəhər 14 saylı orta məktəbin rus bölməsinin birinci sinifinə qəbul olur. Məktəbə illərində dərslərini əla oxuyurdu. Güclü yaddaşa malik idi və olduqca xeyirxah, mülayim bir uşaq idi. Dost kimi, qardaş kimi gözəl insan idi.14 saylı məktəbin direktoru Xanım Həsənova Seymur haqqında dedi: ”Seymur çox fəal, həmişə səliqəli geyimdə, əlaçı, vətənpərvər, dostları ilə gözəl münasibət quran bir şagird idi. Məktəbi bitirən məzunlardan yaddaşımda qalan şagirdlərdən biri idi Seymur. Onun ölümü məktəbin bütün kollektivinə ən çoxda mənə pis təsir etdi. Amma onunla bu gündə fəxr edirəm ki, o Vətəni, milləti yolunda şərəfli bir zirvəyə ucaldı. Allah rəhmət eləsin!” 2003-cü ildə 14 saylı orta məktəbin 9-cu sinifini bitirir. 2003-2005-ci illərdə Sumqayıt şəhər Təfəkkür liseyində oxuyub tam orta təhsilini başa vurur. 2006-cı il yanvarın 11-də hərbi xidmətə cağrılır. Hərbi xidmət illərində savadlı, seçılən əsgər olduğundan onu 9 ay sonra sentyabr ayında gizirlik kursuna yazırlar. Seymur gizirlik kursunu bitirir. 2007-ci ildə Yasamalda hərbi hissədə gizir vəzifəsində işləməyə başlayır. 2009-cu ilin noyabr ayının 8-də Aynur xanımla ailə həyatı qurur. 2011-ci ilin noyabrın 8-də Amin adlı oğlu dünyaya gəlir. 2012-ci ildə isə Bakıda xüsusi təyinatlı qrupunun giziri vəzifəsində işləyir. 2016-cı ilin mart ayında Tərtərə ezam olunur.
2016-cı il aprelin 3...Öz şücaəti ilə düşməni qorxuya salan qəhrəman Seymur Baxışov Ermənistan-Azərbaycan təmas xəttində bas verən atışma zamanı ən uca zirvəyə şəhidlik zirvəsinə ucalır. O, aprelin 20-də doğulub, böyüdüyü şəhərin Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləridə qatıldı. Şəhid anaları şəhid formalaşdırırlar, şəhid tərbiyə edirlər. Onlara vətənini, millətini sevməyi aşlayırlar. Atası Qulamhüseyn, anası Zemfira xanim, qardaşı Samir, bacısı Səbinə xaım, həyat yoladaşı Aynur xanım həmişə və bu gündə Seymur ilə fəxr edirlər. Seymur Qulamhüseyn oğlu Baxışov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli, “Qüsursuz xidmətə görə” II dərəcəli, “Qüsursuz xidmətə görə” III dərəcəli medallar ilə təltif edilmişdir. 2017-ci ildə şəhid Seymur Baxışovun yaşadığı binanın qarşısında xatirə lövhəsi vurulub. O gün olsun torpaqlarımızı düşmən tapdağından azad edək. Şəhidimizin yeganə balası Amin atasının məzarı üstünə gəlib bu sevincli, şad xəbəri ona desin. O zaman Seymurun və minlərlə şəhidlərimizin ruhu şad olacaq! İnşallah o gün uzaqda deyil. Məzarın cənnət olsun. Yeni yaşın mübarək şəhid qardaşım!
Qəhrəmanlarımızı unutmayaq ki, unudulmayaq!

Yeganə Telmanqızı
“Vetenperverler.Az”

Bu gün Aprel döyüşlərində son verdiyimiz şəhid Seymur Baxışovun doğum günüdür.
скачать dle 10.6фильмы бесплатно
>

Tarix:12-07-2019, 19:14
Oxunub:149


MİLLİ QƏHRAMANLAR
Xəbər lenti